Coy Lens Mikels

Coy Lens Mikels (29 mart 1994[1], Ziqburq, Şimali Reyn-Vestfaliya) — Misli Premyer Liqasında çıxış edən Sabahın futbolçusu.[2]

Coy Lens Mikels
Ümumi məlumatlar
Tam adı Coy Lens Mikels
Doğum tarixi 29 mart 1994(1994-03-29)[1] (29 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.83
Çəkisi 82 kq
Mövqeyi yarımmüdafiəçi
Əsas ayağı Hər ikisi
Klub haqqında məlumat
Klub Azərbaycan Sabah
Nömrəsi 20
Karyerası
Klub karyerası[* 1]
2013–2014 Almaniya Borussiya Münhenqladbax II 5 (0)
2014–2016 Almaniya Şalke 04 II 43 (9)
2016–2017 Almaniya Alemaniya Aaxen 19 (5)
2017–2020 Almaniya Wacker Nordhausen 61 (18)
2020 Almaniya Carl Zelss Jena 11 (0)
2020–2021 Niderland MVV 27 (7)
2021–h.h Azərbaycan Sabah 63 (31)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 9 may 2023 tarixində redaktə olunub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Sabah[redaktə | mənbəni redaktə et]

10 iyul 2021-ci ildə "Sabah" ilə müqavilə imzaladı. "Sabahda" ilk matçına 14 avqust 2021-ci ildə keçirilən "Sabah"-"Səbail" matçında çıxıb. Eyni zamanda matçın 75 və 90+2-ci dəqiqələrində sarı vərəqə ilə cəzalanıb, matçın 90+2-ci dəqiqəsində meydandan qovulub. Matç "Səbailin" 0–1 hesablı qələbəsi ilə başa çatıb.[3] "Sabahda" ilk qolunu 31 oktyabr 2021-ci ildə keçirilən "Qəbələ"-"Sabah" matçının 20-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Mikels 90+2-ci dəqiqədə əvəzlənib. Matç "Sabahın" 1–3 hesablı qələbəsi ilə başa çatıb.[4] "Sabah"ın heyətində ilk Azərbaycan Kuboku matçına 11 dekabr 2021-ci ildə keçirilən "Sabah"- "Kəpəz" matçında çıxıb. Eyni zamanda matçın 57 və 61-ci dəqiqələrində fərqlənməyi bacarıb. Matça start heyətdə başlayan Mikels 80-ci dəqiqədə əvəzlənib. Matç "Sabahın" 3–0 hesablı qələbəsi ilə başa çatıb.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Joy-Lance Mickels // Transfermarkt (çd.). 2000.
  2. Coy Lens Mikels Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine Soccerway  (ing.)
  3. Sabah 0–1 Səbail Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine Soccerway  (ing.)
  4. Qəbələ 1–3 Sabah Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine Soccerway  (ing.)
  5. Sabah 3–0 Kəpəz Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine Soccerway  (ing.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]