Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Hissar yemişanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Hissar yemişanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır.
Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir.
Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Azərbaycanın bir çox bölgələrində mədəni şəraitdə becərilir.
Sarı-narıncı meyvələri bitkiyə çox gözəl dekorativ görünüş verir. Yaşıllaşdırmada istifadə oluna bilər.