Crataegus microphylla

Xırdayarpaq yemişan (lat. Crataegus microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Xırdayarpaq yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Krım, Qafqaz, Kiçik Asiya və İranı əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-1,5 m-dək olan kiçik ağacdır. Budaqları açıq boz, kiçik budaqları al qırmızı qonurdur, zoğları nazik, əsasən çılpaq və ya ancaq cavan budaqlarda tükcüklüdür. İynələri çox vaxt çoxsaylı, uzunluğu 5-12 mm, nazikdir. Yarpaqları nazik, uzunluğu 1,2-3 sm, eni 1-2,8 sm (uzunluğu 5,5 sm-dək və eni 3,5 sm), uzunsov-yumurtavari, bəzən enli-yumurtavari, 5-7 yerə bölümlü və ya dərin pərli, hissələri yumurtavari, küt, bəzən ucu biz, bünövrədən dişlidir. Çiçək qrupu sadə, çətirvari, 4-10 çiçəkli, çiçək saplağı çılpaq, uzunluğu 2-3.5 sm-dir. Çiçəklərin diametri 13-16 mm, ağ ləçəkli, kasayarpaqları uzun ucu-biz, meyvə yumurtalığı bəzən tüklüdür; erkəkcikləri 20; sütuncuğu 1, düzdür. Meyvələri uzunsov-ellipsvari, yumurtavari və armudvari, bəzən təxminən şarşəkilli, uzunluğu 9-12 mm, al qırmızıdır. Çəyirdəyi 1, arxa tərəfdə 2-3 şırımlı, yanlardan yığcam ön tərəfdən hamardır. May-iyun ayında çiçəkləyir. Sentyabr-oktyabr ayında meyvə verir.

Münbit torpaqlarda yaxşı bitir, rütubət sevəndir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Talışda təbii halda rast gəlinir.

Yaşıllaşdırmada geniş istifadə olunur.

  1. The Plant List (ing.). 2010.