Crataegus songarica

Sonqal yemişanı (lat. Crataegus songarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Sonqal yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Orta Asiya, Çinin qərb rayonları, İran, Pakistan və Əfqanıstanı əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4–5 m-ə qədər olan kol və ya kiçik ağacdır. Budaqları bozumtul, nazik albalı rəngli, cavan zoğları seyrək tükcüklüdür sonra çılpaqlaşır. İynələri düz, qalın, uzunluğu 8–15 mm-dir. Yarpaqları enli, yumurtavari və ya rombvari, uzunluğu 3,5–6 sm , eni 2,8 −6 sm, 5–7 yerə bölünmüş və ya yuxarı hissəsi pərli iri kəsiklidir. Nazik tünd yaşıldır, alt tərəfi isə yaşılımtıldır. Saplaqlarının uzunluğu 3,5 sm-dək; yalançı zoğları oraqvari əyilmiş daraqvari dişlidir. Mürəkkəb çiçəkqruplu, çılpaq və ya bir az tükcüklü, oxlu və saplaqlıdır. Çiçəklərin diametri təxminən 1,6 sm, kasayarpaqları əyilmiş, enli üçkünc, zəif tükcüklüdür; erkəkcikləri 18–20, çəhrayı tozcuqludur. Sütuncaqları 2–3-dür. Meyvələri azsaylı, şarşəkilli bəzən enli ellipsvari, diametri 12–16 mm, alqırmızı-qara, açıq nöqtəli, ətli yeməlidir. 2–3 çəyirdəklidir, arxa tərəfdən qabarıq, səthi hamar, ön tərəfdən dərin olmayan əyri şırımlıdır. Mayda çiçəkləyi, sentyabr-oktyabrda meyvələri yetişir.

Dağların orta zolaqlarında, kolluqlarda, çay vadilərində və yamaclarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda rast gəlinir.

Yaşıllaşdırmada geniş istifadə olunur.