Creepypasta - internetdə yayılan qısa qorxu hekayəsi ya da kopyalanıb yapışdırılaraq göndərilən şəkillərdir. Bir çox şəxs bu saytdakına oxşar hekayələr yaza bilər.
Slendermen (ing. Slender man) qara kostyumlu, üzü olmayan, ağ rəngli, incə bir şəxs olaraq təsvir edilir. Əsasən uşaqları təqib edir. Bəzilərini də qaçırdır. Bir çox saxta şəkil və videoları vardır. Bu məxluqat son dərəcə populyar oldu.
Qatil Cefin (ing. Jeff the Killer) hekayəsi on üçüncü ad günü şənliyində başlayır. Üç gənc onu sıxışdırır, Cef onlarla dava edir və sonunda gənclər onu paltaryuyan toz və benzin tökərək yandırır. Xəstəxanada sarğılarla sarılır. Sarğılar çıxarılanda üzü ağappaq olur. Sonra psixi vəziyyəti pozulur. Ağzını kəsir, göz qapaqlarını yandırır və anasını, atasını öldürür. Qardaşını yataqda go to sleep (yatmağa get) deyərək öldürür.
Skvidvardın intiharı (ing. Squidward's Suicide) Süngər Bob Kvadrat Şalvarın itmiş bölümüdür və Skvidvard qəhrəmanının intihar etməsidir. Bu bölümdəki arxa plan qorxuducu bir formada çəkilib və ölü bir uşaq şəkli gizlənib.
Boğulmuş Ben (ing. Ben Drowned) The Legend of Zelda: Majora's Mask oyununu alan bir universitet tələbəsinin hekayəsidir. Oyunun adı BEN deyə yazılır və bunu oynayan tələbə şübhəli bir şəkildə ölür.
<ref>
teqi; :0
adlı istinad üçün mətn göstərilməyib