Cry Baby (albom)

Cry Baby — amerikalı müğənni-bəstəkar Melani Martinesin debüt studiya albomu. Atlantic Records tərəfindən 14 avqust 2015-ci ildə rəqəmsal yükləmə, CD, vinil və audio kaset formatında buraxılmışdır.

Cry Baby
"Melani Martines" tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 14 avqust 2015
Yazılma tarixi 2013—2015
Janr elektropop[d][1]
Müddət 46:38
Dil ingilis dili
Leybl Atlantic
Prodüser
"Melani Martines" albomlarının xronologiyası
"Dollhouse"
(2014)
"Cry Baby"
(2015)
"Pity Party"
(2016)

Albom üç sinqlin buraxılması ilə dəstəkləndi. Albomun buraxılışından əvvəl iki sinql var idi: əsas sinql "Pity Party" 2 iyun 2015-ci ildə,[2] ikinci sinql "Soap" isə 10 iyul 2015-ci ildə buraxıldı. Albomun üçüncü və sonuncu sinqlı" Sippy Cup" 31 iyul 2015-ci ildə buraxıldı. Cry Baby vizual konseptual albomdur. Musiqi baxımından, Cry Baby ilk növbədə alternativ pop,[3] elektropop[4] və indi pop[5] elementlərini özündə birləşdirir və ilk buraxılışında tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılandı. 2021-ci ildə albom 2 milyon albom ekvivalenti (satış, oxutma və trek satışı) qazandıqdan sonra ikiqat platin sertifikatına layiq görüldü.

Martinesin 2013-cü ildə tamamən tamamlanmış mini albomu var idi, o, The Voice-dan kənarlaşdırıldıqdan dərhal sonra yazmağa başlamışdı və onu yayımlamağa hazır idi. Ancaq 2013-cü ilin sentyabrında "Dollhouse" mahnısını yaratdıqdan sonra o, qeyd olunan mini albomu buraxmamaq qərarına gəldi. O, 2013-cü ildəki mini albomim səsindən fərqlənən debüt albomunu konseptuallaşdırmağa başladı. Martines 2014-cü ilin may ayında Dollhouse mini albomunu buraxdı və həmin yay albomunun oktyabrda çıxacağına ümid etdiyini bildirdi. Oktyabr ayı gələndə Martinrs "Carousel" klipini yayımladı və albomunun buraxılış tarixini təxirə saldı və onun yazda çıxacağına ümid etdiyini bildirdi. Həmin yaz, Kinetics & One Love Martinesin albomu üçün bütün vokalların bitdiyini elan etdi və Martines albomunun Cry Baby adlanacağını rəsmən elan etdi. Martines bəzi treklərin adlarını göstərməyə başladı. İlk sinql "Pity Party" idi və 27 may 2015-ci ildə təsdiqləndi. Musiqi videosu mayın 29-da təsadüfən Martines tərəfindən sızdırıldı, lakin o, daha sonra tvitində onu görən pərəstişkarları üçün sevindiyini, həyəcanlandığını və İyunun 1-də canlı yayımı zamanı "daha çox şey" çıxacağına söz verdi. Klip canlı yayımın edildiyi gün rəsmi olaraq buraxıldı. Canlı yayım zamanı Martines Cry Baby-nin buraxılış gününün avqustda olacağını açıqladı. İkinci sinql, "Soap" iyunun sonunda təsdiqləndi və iyulun 10-da yayımlanmasına az qalmış elan edildi. Bir çəkilişli musiqi videosu elə həmin gün çıxdı.

İyulun 16-da albomun təsviri və buraxılış tarixi Amazonda sızdırıldı, baxmayaraq ki, buraxılış tarixi yalan idi. İyulun 17-də albomun təsviri rəsmi olaraq açıqlandı və məhsul paketləri Martinesin saytında, rəqəmsal ön sifariş isə iyulun 24-də təqdim olundu. Trek siyahısı ilkin sifarişlə 24-də rəsmi olaraq açıqlandı. İyulun 27-dən başlayaraq, Martines Instagram səhifəsində hər mahnının bir parçasını (delüks buraxılışda olanlardan başqa) yayımladı. İyulun 28-də Martines "Sippy Cup"-in qısa fraqmentini yayımladı. Spin jurnalı videonun premyerasını etdi və bir gün sonra "Sippy Cup" çıxdı. Albom avqustun 14-də buraxıldı. CD hekayələr kitabı kimi qablaşdırıldı, sonradan daşqaş qutu CD-ləri də var idi. Gələcəkdə həm şəkil diski, həm də standart qara vinil buraxıldı. Ardınca sarı, mavi və çəhrayı rənglərdə olan kasetlər buraxıldı. Daha az buraxılışı olan yaşıl kaset də var idi.

Albom, Cry Baby adlı bir personajdan, Martinesin çox kiçik bir uşaq ikən (xüsusilə təhsilə başlamazdan əvvəl) fantaziya versiyası və onun həssas və qarışıq tərəfinin təmsilindən bəhs edir. Martines Cry Baby-ni "böyük şeyləri yaşayan uşaq" kimi təsvir etdi. O bildirir ki, Cry Baby-nin başına gələnlərin çoxu, Cry Baby-nin qaçırılaraq onu qaçıran şəxsi öldürdüyü hissədən başqa, öz həyatında baş verən hadisələrin bəzəkli versiyalarıdır. Treklistindəki hər bir mahnının uşaqlıqla bağlı adı var və uşaqlıqla əlaqəli metaforaları ehtiva edir, dinləyiciyə ötürülən daha dərin mesajlar isə daha çox böyüklər mövzusunu və problemlərini daşıyır. Məsələn, "Cry Baby" mahnlsı öz emosiyalarını açıq şəkildə nümayiş etdirdiyi üçün sataşılan (əsl körpədən fərqli olaraq) birinə aiddir və "Training Wheels" mahnısı əslində münasibəti növbəti səviyyəyə qaldırmaq haqqındadır. Öncədən sifariş paketində mövcud olan hekayə kitabında qafiyələr və Martinesin özü tərəfindən yazılmış alboma əsaslanan illüstrasiyalar mövcuddur.[6]

Albom 14 avqust 2015-ci ildə Atlantic Records tərəfindən rəqəmsal yükləmə, CD, vinil və audio kaset formatında buraxılmışdır.[7] Vinil və CD-də xüsusi qablaşdırma yer alır, Chloe Tersigni tərəfindən edilmiş illüstrasiyalar, albomu izah edən hekayə kitabı yerləşdirilib.[8] Cry Baby ilk həftəsində 41.000 ədəd satılaraq Billboard 200-də 6-cı yeri tutdu; o, həmçinin Alternativ Albomlar Qrafikinin zirvəsində debüt etdi. 2 avqust 2016-cı ildə albomun 263.050 nüsxə satıldığı açıqlandı.[9] 24 fevral 2017-ci ildə albom ABŞ-da 1.000.000 nüsxə satılaraq Platin sertifikata layiq görüldü.[10][11]

"Pity Party" ilk sinql olaraq buraxıldı. Musiqi videosu erkən giriş istifadəçiləri üçün 29 may 2015-ci ildə Martines tərəfindən Vessel-də dərc olundu. Bundan üç gün sonra, 1 iyun 2015-ci ildə YouTube-da yayımlandı. Ardınca RIAA tərəfindən Platin sertifikatına layiq görüldü.

"Soap" ikinci sinql olaraq işıq üzü gördü. 10 iyul 2015-ci ildə klipi ilə birlikdə buraxıldı. RIAA tərəfindən Qızıl sertifikata layiq görüldü. 2017-ci ilin sonuna kimi, "Soap" TikTok tətbiqində (əvvəllər Musical.ly kimi tanınır ) onlayn trend mahnıya çevrildi və "Soap Challenge" kimi tanındı.

"Sippy Cup" üçüncü sinql olaraq 31 iyul 2015-ci ildə klipi ilə birlikdə buraxıldı. Bu, onun 2014-cü ildə çəkdiyi "Dollhouse" adlı mahnısının klipinin daha qaranlıq davamı idi.

Digər mahnılar

[redaktə | mənbəni redaktə et]

Martines müsahibəsində albomun bütün parçaları üçün kliplər çəkəcəyini bildmişdir.[12] "Training Wheels" mahnısının klipi 18 Noyabr 2015-ci ildə "Soap"-ın yeni klipi ilə birlikdə buraxıldı.[13] "Alphabet Boy" mahnısının video klipi 2016-cı il iyunun 2-də yayımlandı.[14] "Tag, You're It" və "Milk and Cookies" üçün ikiqat bədii klip 23 avqust 2016-cı ildə yayımlandı.[15] "Pacify Her" mahnısının klipi 15 noyabr 2016,[16] "Mrs. Potato Head" 1 dekabr 2016[17] və "Mad Hatter" 23 sentyabr 2017-ci ildə yayımlanaraq Cry Baby vizual hekayəsini yekunlaşdırdı.[18]

2020-ci ilin aprel ayında Martinesin albomun delüks treklərindən biri olan "Play Date" mahnısı Spotify-da "Viral 50" mahnılarına çatdı və daha sonra hit-paradlarda yüksəldi. Bu, TikTok-da populyar bir tendensiya ilə nəticələndi, burada istifadəçilər fonda mahnı oxuyarkən bir məşhurun ​​videosunu montaj edirdilər.[19][20] Martines Instagram-da mahnının uğurunu "ən yaxşı ad günü hədiyyəsi" olaraq qeyd etdi.[21] 1 may 2020-ci ildə mahnı RIAA tərəfindən Qızıl sertifikat aldı[11] və 8 dekabr 2020-ci il tarixindən etibarən mahnı Platin sertifikatına layiq görüldü. Martines 8 may 2020-ci ildə Idolator ilə müsahibədə mahnıya evdə klip çəkdirmək planlarını olduğunu açıqladı.[22] "Play Date" mahnısının video klipi 27 may 2020-ci ildə buraxıldı.

Tənqçilərin rəyi

[redaktə | mənbəni redaktə et]
 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
AllMusic 3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz[23]
ABC News 4.5 5 dən ulduz4.5 5 dən ulduz4.5 5 dən ulduz4.5 5 dən ulduz4.5 5 dən ulduz[4]
Billboard 2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz[24]
Outlet Magazine 8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz8.5 10 dən ulduz[25]
Popdust.com 4/5[3]
Spin 8/10[26]
Under the Gun Review 9.5/10[5]

Cry Baby musiqi tənqidçilərindən müsbət rəylər qazandı. ABC News-dən Alan Reybl alboma 5 ulduzdan 4,5 ulduz verərək, onu "dinlədikdən bir neçə gün sonra sizinlə qalacaq sarsıdıcı, təsir edici rekord" kimi təsvir etdi. Bu, passiv dinləmək üçün deyil. Bu, həm də inanılmayacaq qədər cəlbedici olan nadir pop rekordu və sənət zəfəridir."[4] AllMusic-dən Mett Kollar[3] Martinesi Byork və Beyonse ilə müqayisə etdi və dedi ki, "onun mahnıları Lord və Lana Del Rey kimi müasirlərin yaradıcılığına çox uyğun gəlir" Under the Gun Review-dən Emma Quido alboma 10 üzərindən 9,5 bal verdi və albomu "cinləri və vəsvəsələri ilə mübarizə aparan Martinesin qorxuducu alter eqosu ilə səyahət" adlandırdı, mahnı yazma üsullarını "ifadəli, ehtiraslı və heyrətamiz dərəcədə yaradıcı" və "dünyanın eşitmək üçün gözlədiyi indie-pop musiqisi" adlandırdı.[5]

Spin jurnalı albomu "2015-ci ilin 25 ən yaxşı pop albomu" siyahısında 22-ci yerə layiq görüb.[27]

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]
Standard versiya[28]
BaşlıqYazar(lar)Prodüser(lər)Müddət
1."Cry Baby"Kinetics & One Love3:59
2."Dollhouse"
  • Martinez
  • Dussolliet
  • Sommers
One Love3:51
3."Sippy Cup"
  • Martinez
  • Dussolliet
  • Sommers
One Love3:15
4."Carousel"
  • Martinez
  • Dussolliet
  • Sommers
One Love3:50
5."Alphabet Boy"
  • Martinez
  • Dussolliet
  • Sommers
One Love4:13
6."Soap"
Shearer3:29
7."Training Wheels"
Babydaddy3:25
8."Pity Party"
Baran3:24
9."Tag, You're It"
  • SmarterChild
  • Mike Miller[a]
3:09
10."Milk and Cookies"
  • Martinez
  • Dussolliet
  • Markowitz
3:26
11."Pacify Her"
Kinan3:40
12."Mrs. Potato Head"
  • Martinez
  • Dussolliet
  • Sommers
Kinetics & One Love3:37
13."Mad Hatter"
  • Frequency
  • Aalias
3:21
Ümumi müddət:46:38
Rəqəmsal delüks versiya[29]
BaşlıqYazar(lar)Prodüser(lər)Müddət
14."Play Date"
2:59
15."Teddy Bear"
Snow4:05
16."Cake"
  • Martinez
  • Baran
  • DioGuardi
Baran3:19
Ümumi müddət:56:01
  1. Raible A. Talib Kweli, Nada Surf, Melanie Martinez and More Music Reviews (ing.). // ABC News 2015.
  2. "Pity Party - Single". iTunes. July 15, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 5, 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 3 "Melanie Martinez Conjures Up Sinister Stories With 'Cry Baby' Debut". Popdust.com. August 13, 2015. İstifadə tarixi: September 4, 2015.
  4. 1 2 3 "Talib Kweli, Nada Surf, Melanie Martinez and More Music Reviews". ABC News. August 19, 2015. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. 1 2 3 Guido, Emma. "REVIEW: Melanie Martinez – 'Cry Baby'". Under the Gun Review. 21 August 2015. 3 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Cry Baby by Melanie Martinez". 28 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 October 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "Melanie Martinez - Official Store". Store.melaniemartinezmusic.com. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "Melanie Martinez Talks 'Cry Baby,' Toys, Cake & Party Essentials". Popdust.com. 2015-06-25. İstifadə tarixi: 2015-11-24.[ölü keçid]
  9. "Kill the Lights" spends second week at top of Billboard 200". Billboard.com. 2015-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
  10. Dickman, Maggie. "Melanie Martinez's 'Cry Baby' hit a huge milestone". Alternative Press. 6 March 2017. İstifadə tarixi: 7 March 2017.
  11. 1 2 "Melanie Martinez sales certifications". RIAA. Recording Industry Association of America. 24 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. "Melanie Martinez Q&A:'Cry Baby' Future Plans & Lessons from 'The Voice'". Fuse. December 11, 2015. January 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. "Twitter: Melanie Martinez announces Soap and Training Wheels". Twitter. November 17, 2015. February 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. Cutruzzola, Annemarie. "Melanie Martinez Drops Alphabet Boy Music Video". CelebMix. 3 June 2016. 14 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. GaGaca, Anna. "Melanie Martinez Battles the Big Bad Wolf in 'Tag You're It' and 'Milk and Cookies' Videos". Spin. August 24, 2016. 11 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2016.
  16. Wass, Mike. "Melanie Martinez's Visual LP Nears Completion With "Pacify Her" Video". Idolator. November 15, 2016. 27 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  17. Dickman, Maggie. "Melanie Martinez releases new music video for "Mrs. Potato Head"". Alternative Press. December 1, 2016. December 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2016.
  18. Paxton, Whitney. "Melanie Martinez releases creatively adventurous "Mad Hatter" music video". Alternative Press. September 23, 2017. February 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2017.
  19. "Melanie Martinez's "Play Date" Is A Belated Hit". idolator. 2020-04-29. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  20. "Surprise Streaming Hits: 10 Songs From the 2010s You Wouldn't Expect Still Get Millions of Weekly Plays". Billboard (ingilis). 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  21. "Melanie Martinez on Instagram: "💕My song Play Date from my first album has taken on a life of [[[sic]]] own and [[[sic]]] the best birthday present ever💕 #streamplaydate 🌟link in..."". Instagram (ingilis). 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  22. Wass, Mike. "Interview: Melanie Martinez Talks "Play Date" & Quarantine". Idolator. May 8, 2020. June 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  23. Collar, Matt. "Cry Baby review". Allmusic. RhythmOne. 10 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  24. "'The Voice' Star Melanie Martinez's Ambitious Concept Album 'Cry Baby' Fizzles: Album Review". Billboard.com. August 21, 2015. August 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 4, 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  25. "Album Review: Melanie Martinez – Cry Baby". Outlet. August 13, 2015. November 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2015. (#redundant_parameters); (#redundant_parameters)
  26. "SPIN Pop Report: Melanie Martinez Loads Her Sippycups With Booze, Alexx Mack Cracks Open the Sunroof". Spin Review. November 6, 2015. June 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 7, 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  27. Staff, SPIN. "The 25 Best Pop Albums of 2015". SPIN Magazine. 7 December 2015. 16 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  28. "iTunes Store (US) - Music - Melanie Martinez - Cry Baby". iTunes Store (US). August 14, 2015. September 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  29. "iTunes Store (US) – Music – Melanie Martinez – Cry Baby (deluxe edition)". iTunes Store (US). August 14, 2015. September 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)