Csaba Sógor

Çaba Sogor (12 may 1964) — Macarıstan azlığı təmsil edən Rumıniya siyasətçisidir. Hal-hazırda Sogor Avropa Xalq Partiyasının (EPP) adından Avropa Parlamentinin üzvüdür. O, həmçinin Rumıniyada Macarlar Demokratik İttifaqının üzvüdür.

Çaba Sogor
mac. Sógor Csaba
Avropa Parlamentinin üzvü
Şəxsi məlumatlar
Doğum tarixi (60 yaş)
Doğum yeri
Təhsili
  • Babeş-Boyyay Universiteti[d]
Fəaliyyəti siyasətçi
Dini protestantlıq
sogorcsaba.eu/home
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 1983-cü ildən 1988-ci ilədək Cluj Universitetinin teologiya fakültəsində təhsil almışdır. Sogor həmçinin Sürix və Bazel universitetlərindən teologiya üzrə magistr dərəcəsi almışdır.

Macar və Rumın dilləri ilə yanaşı, o, Alman və İngilis dillərini mükəmməl bilir və Fransız dilini başa düşür.

Peşəkar karyera

[redaktə | mənbəni redaktə et]

O, 1990-cı ildən Rumıniya Macarları Demokrat İttifaqının üzvü kimi öz siyasi fəaliyyətini başlamışdır. 1995-ci ildən o, İttifaq Nümayəndələrinin üzvüdür. Bu partiyanın üzvü kimi o, Cluj Konqressinə ilk dəfə seçilmişdir. Sogor həmçinin 1988-ci ildən 1999-cu ilə qədər Rumıniyada Ciceu islahatlar kilsəsində pastor kimi xidmət göstərmişdir. 2000-ci ildən 2004-cü ilədək, o, Rumıniya Macarları Demokrat İttifaqı partiyasının Harghita ölkəsində senatoru seçilmişdir. Bu vəzifədə olaraq o, Təhsil, Elm və Gənclər Komitəsinin üzvü idi. Sogor 2004-cü ildən 2008-ci eyni partiyadan senator kimi yenidən seçildi. O, Rumıniya Macarları Demokrat İttifaqının Məclis Qrupunun katibi idi.

O, 2007-ci ilin 3 dekabr tarixində deputatlığından istefa edir və senator Vilmos Zsombori ilə əvəz edilir. 2007-ci ildə Rumıniya Macarları Demokrat İttifaqının Avropa Parlamentinin üzvü seçilib. Brüsseldə etdiyi məqsədləri haqqında jurnalistlərin sualına o, Macarıstan icma ümumi əhalinin ən azı 20% təşkil edən yerlərdə, Székely macar dilinin muxtariyyəti üçün və ikinci dövlət dili statusunun alınması üçün təkan etməyini bildirmişdir.

Parlament Fəaliyyatı

[redaktə | mənbəni redaktə et]

O, vətəndaş azadlıqları, Ədalət və Daxili İşlər üzrə LİBE Komitəsinin tam üzvü və Məşğulluq və Sosial Məsələlər üzrə EMPL Komitəsinin əvəz üzvüdür. Sogor, Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) tam üzvü, Yaponiya ilə əlaqələrin nümayəndə heyətinin əvəz üzvüdür.

Ailəlidir, dörd övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]