İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü.
İtaliya qoyunqulağı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: İtaliya qoyunqulağı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.)
Hündürlüyü (25) 40-60 (80) sm, gövdəsi düz, aşağı hissədə sıx və yumşaq tüklə örtülmüş, yuxarı hissədə çılpaq və yapışqanlı, boş süpürgəvari-budaqlanmış olan çoxillik yaşıl ot bitkisidir. Kökü çoxbaşlı olub, barsız budaqları və çiçəkli gövdəsi vardır. Yarpaqları qısa tüklüdür, kənarları kirpiklidir, bar verməyən budaqlarda və gövdənin aşağı hissəsində qismən uzun saplağa keçən, oval və elliptik ayası kürəkvaridir, uc hissədə qısa sivri qurtaracaqlıdır, qalanları kürəkvari-neştərşəkilli və yaxud elliptik fomadan neştərşəkilli-xətli formaya qədər dəyişir, aşağı yarpaqları qısa saplağa daralmışdır, yuxarıdakılar oturaqdırlar. Çiçək qrupunun piramidaşəkillisüpürəvari budaqları uzun, düz olub, çox əyilmişdir, yuxarı hissədə 3 (1), nadir halda 7 çiçəkli dixazisi vardır. Ləçəkləri ağ rəngdədir. Qutucuğun uzunluğu 8-10 (12) mmdir, uzunsov-yumurtaşəkillidir. Toxumları qaraqonur rəngli, böyrəkşəkilli, qabarıq olub, uzunluğu 1 mm-dir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Azərbaycanın bütün dağlıq, meşəli rayonlarında. Aşağı və orta dağ qurşaqlarında.
Meşələrdə, kolluqlarda, meşə kənarında, talalarda, çəmənliklərdə, yamaclarda rast gəlinir.
Cavan budaqları şıl şəkildə qidada istifadə olunur. Dekorativdir.