Cucullia argentea (lat. Cucullia argentea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin cucullia cinsinə aid heyvan növü.
Cucullia argentea | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Cucullia argentea |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açılmış halda 30-32 mm olur. Ön qanadları yaşılıdır. Üzərində gümüşü rəngdə sarğı vardır. Üzərində olan böyrəkşəkilli və yumuru naxışlar gümüşü rəngdədir. Parıltılığı ilə seçilir. Arxa qanadları ağdır. Kənarları bozdur. Tala ərazilərində, quru çəmənlərdə yayılırlar. Tırtılı iyuldan sentyabra qədər müxtəlif növ yovşan çiçəkləri ilə qidalanır.
Avropa, Orta Asiya, Sibir, Altay və Qazaxıstan ərazisində müşahidə edilir. Azərbaycanda isə Şirvan düzənliyində təsadüf edilir.
Azərbaycanda 2 kəpənəyi sentyabrın axırlarında Ağdaş rayonundan tutulmuşdur.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək. Biologiyasını ətraflı öyrənmək.