Culfa düzü

Culfa düzü- Culfa rayonunda maili düzənlik.Arazboyu düzənliklərdən biri.

Culfa düzü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 700–1000 m
Coğrafiyası
Çaylar Araz, Əlincəçay
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon Culfa

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Düzənliyin hündürlüyü 700 metrdən (Araz çayı sahilində) 1000 metrə qədərdir.Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq şərqdə Yaycı düzünədək,şimalda Darıdağın ətəklərinədək geniş bir ərazini tutur.Gülüstan düzü də adlanır.Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri,cənub və cənub-qərbində isə çay çöküntüləri üstünlük təşkil edir.Otlaq kimi istifadə olunan Culfa düzünə Arazdan su çıxarılmış və əkin sahələri genişləndirilmişdir.Culfa şəhəri Culfa düzündədir.Culfa düzündəki qədim yaşayış yerlərində və nekropollarda aparılmış arxeoloji qazıntıların nəticələri bu ərazidə eradan əvvəl 3-cü minillikdən başlayaraq son orta əsrlərə qədər fasiləsiz həyat olduğunu göstərir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan ensiklopediyası.Bakı.2002.səh:594