Culfa körpüsü — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi.
Culfa körpüsü | |
---|---|
ing. Julfa bridge | |
Keçid | piyadalar üçün |
Üslubu | Tağ körpü |
Material | çay və dağ daşları |
Hündürlüyü | çay yatağından 1.5 metr hündürlükdə |
Açılışı | 16/17-ci əsrlər |
Culfa körpüsü Əlincəçayın (Arazın qolu) üzərində salınmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə tədqiqat işləri apararkən (1991) körpünün ölçüləri və fotosu götürülmüşdür.Körpü tacvarı formada olub müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Tağı kənarlarda yonulmuş ağ daşdan, ortada isə çaydaşıdan hörülmüşdür. Çayın yatağından 1.5 metr hündürlükdə olan qaya üzərində tikilmiş körpü hər iki tərəfdən hündürlüyü 0.8 metr olan özül üzərində inşa edilmişdir. Körpünün eni aşağı hissədə 7 metr, hündürlüyü daş özülə qədər 5 metr, çaya qədər 6.5 metrdir. Tikinti texnikasına görə körpünün 16-17-ci əsrlərdə salındığı ehtimal edilir. Culfa körpüsü 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur.[1]