Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Cumayıl Alı oğlu Mərdanov (16 sentyabr 1918, Qazax qəzası, Göyərçin kəndi — 3 iyul 2006, Bakı, Azərbaycan) — Partiya və dövlət xadimi.
Cumayıl Mərdanov | |
---|---|
Cumayıl Alı oğlu Mərdanov | |
Doğum tarixi | |
Doğum yeri | Göyərçin, Qazax qəzası, Yelizavetpol Quberniyası |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları | Misir Mərdanov, İlham, Alı, Arifə, Suqra, Zeynəb |
Atası | Alı Dəmirli |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Müəllim, aqronom |
Mükafatları |
Mərdanov Cumayıl Alı oğlu 1918-ci il sentyabrın 16-da Gəncə Quberniyasının Qazax qəzasının Dilcan nahiyyəsinin Göyərçin kəndində anadan olmuşdur. Atası Alı kişi Dəmirli Mərdanın oğlu, anası Həvva xanım Çaykəndli Allahyar kişinin qızı olub. Həvva xanımın anası Zeynəb Dilənçi və Mərdanın bacısı, Hasan Xanın bacısı Xanımqızın qızıdr, onların atalarının adı Alı olub. Cumayıl Alı kişi ilə Həvva xanımın dördüncü övladı olub.
Cumayıl Mərdanov İlk təhsilini anadan olduğu Göyərçin kəndində alıb. Həmin dövrdə Göyərçin kəndində 7-illik məktəb olmadığından, 7-illik təhsilini Çaykənd məktəbində alır. 7-illik təhsilini başa vurduqdan sonra, 1935-ci ildə İrəvan Müəllimlər Seminariyasına daxil olub, 1938-ci ildə həmin Seminariyanı uğurla başa vurmuşdur.
Cumayıl Mərdanov 1938-ci il avqust ayının 20-də Dilcan rayon Təhsil Şöbəsinin müdirinin 182-nömrəli əmri ilə Göyərçin kənd məktəbinə müəllim və direktor vəzifəsinə təyin olunur. Onda Cumayılın cəmi 20 yaşı var idi. O, cəmi üç il 1941-ci ilə qədər bu vəzifədə çalışır. 1941-ci ilin yanvarından Sovet İttifaqı, Kommunist Partiyasının üzvü olub.
Cumayıl Mərdanov 1941-ci ilin iyun ayının 22-də, yəni II Dünya Müharibəsi başlayan gün cəbhəyə göndərilməsi ilə əlaqədar rayon Təhsil Şöbəsinin 140 nəmrəli əmri ilə vəzifəsindən azad olunur.
Cumayıl Mərdanov elə ilk döyüşlər zamanı qolundan yaralanır və bir müddət hərbi hospitalda müalicə olunduqdan sonra hərbi işə yararsız şəxs kimi 1942-ci ildə kəndə qayıdır.
Cumayıl Mərdanov 1942-ci il avqust ayının 20-də Rayon Təhsil Şöbəsinin 241 nömrəli əmri ilə Göyərçin kənd məktəbinə müəllim vəzifəsinə təyin olunur. O, yenə üç il bu vəzifədə çalışır.
Cumayıl Mərdanov 1945-ci il sentyabr ayının 01-də Göyərçin Kənd Sovetinin IV sesiyasının qərarına əsasən Göyərçin Kənd Sovetinə Sədr vəzifəsinə seçilir. Qəribədir, o, bu vəzifədə də cəmi üç il işləyir. Cumayıl Mərdanov 1944-cü ildə 26 yaşında Göyərçin Kənd Sovetinin katibi vəzifəsində çalışan Abdullayeva Mələk Vəli qızı ilə ailə həyatı qurur.
Cumayıl Mərdanov 1948-ci il fevral ayının 20-də Göyərçin Kənd Sovetinin Sədri vəzifəsindən azad edilir və Salah Kənd kolxozçularının ümumi yığıncağının qərarına əsasən Salah kənd kolxozunun sədri vəzifəsinə seçilir. Həmin dövrdə Salah və Göyərçin kəndləri bir kolxozda-Salah kolxozunda birləşmisdi. O, bu vəzifədə 30 yaşından 40 yaşınadək, 1958-ci il fevral ayının 10-na qədər on il uğurla işləyib Salah və Göyərçin kənd camaatının həm də rayon ictimaiyyətinin böyük hörmətini qazanır. Həmin illərdə Salah kənd kolxozu İcevan rayonunun qabaqcıl kolxozlarından birinə çevrilir. Kolxozun sədri Cumayıl Mərdanov Ermənistan Kommunist Partiyasının XV və XVIII qurultaylarına nümayəndə seçilir.
1957-ci ildə Cumayıl Mərdanov Ermənistandan Sovet Dövlətinin paytaxtı Moskva şəhərinə SSRİ Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinə nümayəndə seçilmişdi. Cumayıl Mərdanov 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur və 1963-cü ildə həmin institutu "Aqronomluq" ixtisası üzrə bitirmişdir.
Cumayıl Mərdanov 1958-ci il fevral ayının 10-da Salah kənd Kolxozunun sədri vəzifəsindən azad olunub, həmin kənd Sovetinin Sədri vəzifəsinə seçilir. O, 1959-cu il avqust ayının 4-də tutduğu vəzifədən azad olunub, Polad kənd kolxozuna sədr vəzifəsinə seçilir. Bu vəzifədə çəmi yeddi ay, 1960-cı ili fevral ayının 23-nə qədər işləyir.
Cumayıl Mərdanov 1960-cı il fevral ayının 23-də yenidən Salah kənd kolxozuna sədr vəzifəsinə seçilir və bu vəzifədə 13 il, 1973-cü il iyun ayının 22-ə kimi çalışır. Həmin illərdə Salah kən kolxozu daha böyük uğurlara imza atır. 1960-cı ildə o, Ermənistan Kommunist Partiyasının XXIV qurultayına nümayəndə seçilir. 1967-ci ilin dekabr ayının 26-da Cumayıl Mərdanov SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə, 1970-ci ilin 1 aprelində isə "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibəti ilə fədakar əməyinə görə" medalı ilə təltif olunmuşdur. 1971-ci ilin may ayının 08-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Cumayıl Mərdanov dövrün ən nüfuzlu mukafatlarından biri ilan "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1966-cı il sentyabr ayının 24-də Cumayıl Mərdanov SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "İgidliyinə görə" medalı ilə təltif edilmişdir.
Cumayıl Mərdanov 1973-cü il iyun ayının 22-də, 55 yaşında öz ərizəsi ilə Salah kənd kolxozunun sədri vəzifəsindən azad olmuş və Salah kənd Sovetinin Sədri vəzifəsinə seçilmişdir. O, bu vəzifədə 1981-ci ilə qədər çalışmış yalnız Salah kəndində və Qaraqoyunlu dərəsində deyil, bütövlükdə o zamankı Ermənistanda öz ağsaqqallıq misiyasını şərəflə yerinə yetirmişdir. 1975-ci il aprelin 25-də Cumayıl Mərdanov SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə " Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi" münasibəti ilə medalı ilə təltif olunur. 1975-ci ildə SSRİ Müdafiə Naziri, Sovet İttifaqı Marşalı A. Qreçko Cumayıl Mərdanova Qələbənin 30 illiyi münasibəti ilə xüsusi təbrik məktubu göndərmişdir. 1978-ci il avqust ayının 18-də Cumayıl Mərdanov SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Əmək Veteranı" medalı ilə təltif olunmuşdur. Ermənistan respublikasında müxtəlif məsul vəzifələrdə işlədiyi 40 ildən çox müddətdə Cumayıl Mərdanov təkcə Salah kəndində və Qaraqoyunlu dərəsində deyil, İcevan, Krasnoselo, Basarkeçər rayonlarında və və bütövlükdə ermənistanda böyük hüfuz sahibi idi. O, həmin dövrdə Ermənistanda yaşayan Azərbaycanlıların problemlərinin həlli istiqamətində çox böyük işlərə imza atmışdı. Kəndimizin gənclərinin ali təhsil almasında və elmi tədqiqat işləri aparmasında da Cumayıl Mərdanovun böyük rolu olmuşdur. Məhz bunun nəticəsidir ki, Salah və Göyərçin kəndlərindən 30-dan çox alim çıxmış və onlardan 6-sı elmlər doktorlarıdır.
Cumayıl Mərdanov 1981-ci il mart ayının 9-da öz ərizəsinə əsasən Salah kənd Sovetinin Sədri vəzifəsindən azad olunub, həyat yoldaşı Mələk xanımla Bakıya köçür. O, 1981-ci il sentyabrın 15-də Azərbaycan Respublikası Meşə Təssərrüfatı Nazirliyinə aparıcı mühəndis vəzifəsinə təyin olunur.
1982-ci il fevral ayının 26-da Cumayıl Mərdanov Azərbaycan Respublikası Meşə Təssərrüfatı Nazirliyində idarə rəisi vəzifəsinə irəli çəkilir və bu vəzifədə 1988-ci il avqust ayının 6-na qədər işləyib, 70 yaşında təqaüdə çıxmışdır.1985-ci il aprel ayının 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi" medalı, 1988-ci il yanvarın 28-də "SSRİ Hərbi Qüvvələrinin 70 illiyi" medalı, 14 mart 1985-ci ildə "I dərəcəli Vətən Müharibəsi" ordeni ilə təltif olunmuşdur.
Cumayıl Mərdanov 2006-cı il iyul ayının 3-də Novxanıdakı bağ evində 88 yaşında vəfat etmişdir. Bakı şəhəri, Yasamal qəbirstanlığında dəfn edilmişdir.