Cunninghamia lanceolata

Neştəryarpaq kunninqamiya (lat. Cunninghamia lanceolata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kunninqamiya cinsinə aid bitki növü.

Neştəryarpaq kunninqamiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu cinsə daxil olan növlərin sırasında neştəryarpaq kunninqamiya daha geniş yayılmısdır. Vətəni Cənubi və Mərkəzi Çindir. Hündürlüyü 30 m-ə çatan iri gövdəli, dekorativ ağacdır. Gövdəsi düz olub, çətiri ensiz-piramidal formalıdır. Budaqları topa-topa düzülmüşdür. İynəyarpaqları ensiz neştərvarıdır, ucuna getdikcə daha da itiləşir, 2-7 sm-ə qədər uzunluqda olur, olduqca bərk, yaşıl və parlaqdır, budaq üzərində aşağıya doğru meyl edir. Erkəkcikləri üç tozcuqdan ibarət olur. Erkək qozaları uzunsov-silindrik, enli, ucu bizdir, biruclu tumurcuqdan bir neçə erkək qozaları inkişaf edir. Qozaların uzunluğu 2-4, yumurtavarı, qulcuqları nazik qabıqlı, üçbucaqlı və yuxarı hissədən iti olur. Dişi qozaları yumru, qaidəsi qısa yarpaqlarla əhatə olunmuşdur. Yumurtavarı toxumları hər tərəfdən nazik qanadla əhatə olunur. Toxumla, mədəni şəraitdə qələmlərlə çoxaldılır. Toxum pulcuqları örtük pulcuqlarla birlikdə inkisaf edir və uc hissəsi sivriləşmişdir.

Azərbaycanın Lənkəran, Astara bölgəsində yaxşı inkişaf edir, dekorativ məqsədlə istifadə olunur, xüsusilə tək-tək əkildikdə çox yaraşıqlı görünür.

Oduncağı yüngül, yumşaq, ətirlidir və inşaat materilaı kimi istifadə edilir. Ondan kağız hazırlanır və efir yağı alınır. Çinlilər kunninqamiyanı “həyat ağacı” adlandırırlar.