Curculeşti (mold. Giurgiulești) — Moldovanın Kaqul rayonunda kənd. Kommuna formalaşdırmayan kəndlər qrupuna daxildir[2].
Curculeşti | |
---|---|
45°28′59″ şm. e. 28°12′00″ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | MD-5318 |
Vikianbarda əlaqəli mediafayllar |
Curculeşti kəndi 1806-cı ildə Nekrasov kazakları tərəfindən salınmışdır. Onlar Osmanlı imperiyasının ərazisinə daxil olan Curcu qalasından bu bölgəyə köç etmişdilər.[3]
XIX əsrin əvvələrində Curculeşti Kaqul-Prut koloniya dairəsinin bolqar koloniyası idi. Yaşayış məntəqəsinin statusundan fərqli olaraq moldovanlar bolqarlardan sayca çox idilər. Ərazidə bir daş kilsə, 126 ev var idi. Koloniya əhalisinin ümüm sayı 619 nəfər idi (116 ailə). Onlardan 471 nəfəri moldovan (81 ailə), 148 nəfəri (35 ailə) isə bolqar idi[3].
Kənd Moldovanın cənub-qərb hissəsində, Rumıniya və Ukrayna sərhəddində yerləşir. Curculeşti Prut çayının Dunaya birləşdiyi yerin yaxınlığındadır. Kənd dəniz səviyyəsindən 54 metr hündürlükdə yerləşir.
Curculeşti yaxınlığında Moldovanın ən ucqar cənub nöqtəsi yerləşir. Curculeşti — ölkənin Dunay çayında olan yeganə limanıdır. Moldovaya 480 metrlik sahil məxsusdur. Bu sahil xətti Odessa vilayəti ilə Palanka kəndini birləşdirən avtomobil yolunun Ukrayna ilə dəyişdirilməsi nəticəsində əldə edilmişdir.
2004-cü ilin əhalinin siyahıyaalınmasına görə Curculeşti kəndində 2995 nəfər yaşayır. Onlardan 1485 nəfəri kişi, 1510 nəfəri isə qadındır. Etnik tərkibi aşağıdakı kimidir:
Etnik tərkibi | Əhali sayı | %-lə tərkibi |
---|---|---|
moldovanlar | 2897 | 96.73 |
rumınlar | 39 | 1.3 |
ukraynalılar | 15 | 0.5 |
qaqauzlar | 15 | 0.5 |
ruslar | 10 | 0.33 |
bolqarlar | 5 | 0.17 |
polyaklar | 2 | 0.07 |
qaraçılar | 1 | 0.03 |
digərləri | 11 | 0.37 |
Cəmi | 2995 | 100 % |
1996-cı ildə kənd yaxınlığında neft qəbul edən terminalın tikintisinə start verildi. Tikinti 2006-cı ilə yekunlaşdı. Terminal daxilində neft tankerlərini qəbul edən lövbər yeri mövcuddur. Terminalda 52 min ton tutumluq 8 rezervuar var. Xüsusi neft məhsullarını çənlərə göndərən kompleks sistemlər fəaliyyət göstərir. Neft tankerlərlə terminala gəlir, daha sonra isə avtomobil və dəmir yolları ilə istehlakçılara çatdırılır. 2007-ci ildə ərazidə yük və sərnişin limanı inşa olunmağa başlanılmış və 2009-cu ildə istifadəyə verlimişdir.[4]