Curong Quş Parkı

Curong Quş Parkı (çin. 裕廊飞禽公园; malay Taman Burung Jurong; tam. ஜுரோங் பறவை பூங்கா) — dünyada olan ən böyük quş parklardan biri, Asiyanın isə ən böyüyü. Curong təpəsinin qərb yamacında yerləşir. Sinqapurun mərkəzindən yarım saatlıq yoldur.[1]

Curong Quş Parkı
ing. Jurong Bird Park, çin. 裕廊飞禽公园
Park ərazisinə gələn qatar
Park ərazisinə gələn qatar
Sahəsi 20.2 ha
Yaradılma tarixi 3 yanvar 1971
Faunası Quşlar
Yerləşməsi
1°19′15″ şm. e. 103°42′26″ ş. u.HGYO
Ölkə  Sinqapur
Yerləşməsi Sinqapur, 2 Jurong Hill Singapore 628925
birdpark.com.sg
Curong Quş Parkı xəritədə
Curong Quş Parkı
Curong Quş Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Parkın yaradılması təklifi maliyyə naziri Goh Keng Sviyə məxsusdur. O istəyirdi ki, şəhər əhalisi təbiət qoynunda istirahət etsinlər. Plana görə bu parkda bütün quşlara : pinqvinlərdən tutmuş tropik quşlara ideal şərait yaradılmalı. Parkda quşlar sərbəst dolaşıb uçmalı idi. Ərazinin qiymətini çıxmaq şərti ilə park 3,5 milyon dollara başa gəldi.

Park ərazisində olan bölmələr

[redaktə | mənbəni redaktə et]

Gecə dünyası — bölməsində (böyük qəfəslər) gecə həyatı keçiriən quşlar məskunlaşıb. Ərazinin özünəməxsus işıqlandırma sistemi mövcuddur. Turistlərin gündüz ziyarəti zaman gecə şəaraiti yaradılır, gecə isə əksinə - gündüz. Bununla turistlər quşların gündüz aktiv həyat fazasını müşahidə edə bilirlər. Hər növ üçün özəl şərait yaradılmış: Sarı balıq bayquşu üçün manqrov cəngəlliyi, Qütb bayquşu üçün isə küknarqar.

Cənub Şərqi Asiya quşları — 260 növə malikdir. Bəziləri üçün yer dəyişmə məhdudiyyəti yoxdur. Bəziləri üçün isə ideal təbii şərait yaradılımiış: Tropik yağış və rütubətə malik cəngəlliklər.

Pinqvinlər sahili — sahəsi 1 600  м², hündürlüyü 21 metr, soyuq iqlim şəraitinə malik pavilyon. 16 °C temperatura malik bu ərazidə süni su hövzələri yaradılmış və iki yüzdən çox pinqvin məskunlaşıb. Ziyarətçilər pinqvinləri 30 metrlik su altındakı pəncərədən də müşahidə edə bilir.

Lori Loft — xüsusi örtük altında olan ərazi. Hündürlüyü 9 mərtəbəlik bina ölşüsündə, sahəsi 3000 kvadrat metr olan bu qəfəsdə 1000 dən çox tutuquşu saxlanılır. Növ tərkibi 110 olsa da, 60 yaxın növ məhz park ərazisində çoxalır.

Cənnət quşları — parkda cənnət quşlarının 5 növü var. Parkın əsas fəxr etdiyi məqamlardan biridə, oniki lələkli cənnət quşudur. Məhz ilk dəfə parkda onun çoxalmasına nail olunub.

Şəlaləli meydança — sahəsi 2 hektar olan bu ərazidə dünyanın ən hündür süni şəlalələrindən biri yerləşir (30 metr). Burada Asiya, Afrika və Cənubi Amerikaya məxsus 1500 quş saxlanılır. Park ərazisinə 10 000 ekzotik bitki, 125 müxtəlif ağac növü əkilmişdir.

Qu quşu gölü — su hövzəsində müxtəlif qu quşu növləri saxlanılır - qaraboyun qu quşu, qara qu quşu, harayçı qu quşu. Quşları müşahidə etmək üçün xüsusi meydan təşkil olunub.

Qutanlar buxtası — 7 növ qutanın məskunlaşma ərazisi.

Uçmayan quşlar — burada dəvəquşularının müxtəlif növləri saxlanılır.

Flaminqo gölüAdi qızılqazların saxlanıldığı su hövzəsi.[1]

  1. 1 2 "Curong Quş Parkı". 2017-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]