Dəvəquşu

Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi.

Dəvəquşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Cins:
Dəvəquşu
Beynəlxalq elmi adı

Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Fayton. 1910

Dəvəquşular 90–130 kq ağırlığında olur. Bəzi erkək dəvəquşuların ağırlığı 155 kq-ma qədər çıxır. Yetkin erkək dəvəquşuların tükləri əsasən qaradır, qanadlarında və quyruğunda bəzi yerlər ağdır. Dişilər və gənc erkək dəvəquşular boz qəhvəyidir. Qanadlar erkək dəvəquşular tərəfindən cütləşmə dövründə özünü nümayiş etdirmək üçün və düşmənlərini qorxutmaq üçün istifadə edilir. Eyni zamanda dəvəquşular qanadları ilə balaları üçün kölgə təmin edir.

Dəvəquşuların tükləri yumşaqdır.Dəvəquşunun qüvvətli ayaqları tüksüzdür. Dəvəquşunun Gözləri qalın, qara kirpiklərlə əhatələnmişdir. Dəvəquşular bütün quru heyvanlar içərisində ən böyük gözlərə malikdir.

Dəvəquşu, toyuqkəklik yumurtaları

Erkək dəvəquşular cinsi yetkinliyə (2–4 yaşları) boyları 1,8–2,7 m, dişi dəvəquşular isə 1,7 –2 m olduqda çatırlar. Həyatının ilk dövründə balalar hər ay 25 sm-dək böyüyürlər. Bir ildən sonra dəvəquşu 45 kq ağırlığa çatır.