Çəkidişlər (lat. Cyprinodontidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Çəkidişlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Ranqsız: Dəstə: Yarımdəstə: Fəsilə: Çəkidişlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Çəkidişlər şirinsu balıqlarıdır. Uzunluğu 3—10 sm-dir. Yaxşı inkişaf etmiş xırda dişləri var. Çənəsi hərəkətlidir.
Amerika, Afrika, Cənubi və Cənub-Şərqi Asiyanın isti sularında 430, Cənubi Avropada 3 növü var.
Çəkidişlərin əksər növləri 2—3 il yaşayır. Quruyan göl və nohurlarda yaşayan bəzi növlərinin ömrü 6-9 ay olur.
Çəkidişlər kürüsünü dibdə otlar üzərinə tökür və ya lilə basdırır. Bəzi növləri 40—50°S istiliyə dözür.
Çəkidişlər gözəl balıqlardır. Erkəkləri xüsusilə yaraşıqlı olub, akvariumlarda yaxşı qalır. Çəkidişlərin bəzi növlərindən genetika təcrübələrində, bionikada (əsasən, funduluslardan) və s. istifadə edilir.