Döş sinirləri və ya döş qəfəsi sinirlərinin lat. nervi thoracici ventral şaxələri lat. rami ventralis nervorum thoracicum boyun, bel, oma sinirlərindən fərqli olaraq kələf təşkil etmirlər və seqmentasiya xarakterlərini saxlayırlar. Bunlar qabırğaarası sahələrdə yerləşdikləri üçün qabırğaarası sinir lat. n. intercostalis adını daşıyır; ümumi miqdarı XII cütdür. I qabırğaarası sinir bazu kələfinə, XII cüt isə bel kələfinə şaxə verir. XII qabırğaarası sinir XII qabırğanın aşağı kənarı ilə gedir və lat. n. subcostalis adlanır.
Döş sinirləri | |
---|---|
| |
Latınca | nervi thoracici |
Qrey | subyekt 209 923 |
MeSH | Thoracic+nerves |
Dorlands/Elsevier | 12566904 |