Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır.
Oma kələfi | |
---|---|
| |
| |
Latınca | plexus sacralis |
Qrey | subyekt 213 957 |
Başlanır | L4-L5, S1-S4 |
Dorlands/Elsevier | 12648416 |
Vikianbarda əlaqəli mediafayllar |