Qalça-qarınaltı sinir

Qalça-qarınaltı sinir (lat. nervus iliohypogastricus) XII döşbel kələfiniə aid II bel sinirlərinin ( Th12L2 ) liflərindən təşkil olunmuşdur.

Qalça-qarınaltı sinir
Bel kələfi sxematik
Bel kələfi sxematik
Bel kələfi və sinirləri: qalça-qarınaltı sinir aşağı və solda
Bel kələfi və sinirləri: qalça-qarınaltı sinir aşağı və solda
Latınca nervus iliohypogastricus
Qrey subyekt 212 950
İnnervasiyası Rektus abdominis əzələsi
Başlanır Bel kələfi (Th12L1)
Şaxələnir ön dəri - lat. R. cutaneus anterior, yan dəri - R. cutaneus lateralis və əzələlər - lat. Rami musculares
Dorlands/Elsevier 12565885
  1. Yan dəri şaxəsi (lat. R. cutaneus lateralis) qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşir[1].
  2. Ön dəri şaxəsi (lat. R. cutaneus anterior) qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir[1].
  3. Əzələlər şaxəsi (lat. Rami musculares) qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir[1].

Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur.

  • Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir.
  • Hərəki sinir lifləri isə qarının köndələn və daxili çəp əzələlərini innervasiya edərək onların təqəllüsünü təmin edir.
  1. 1 2 3 Р. Д. Синельников, Я. Р. Синельников Мышцы таза // Атлас анатомии человека. — 2-е. — М.:: Медицина, 1996. — Т. 4. — С. 185. — 320 с. — 10 000 экз. — ISBN 5-225-02723-7