Dördüncü Kuril boğazı

Dördüncü Kuril boğazıSakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.

Dördüncü Kuril boğazı
Ümumi məlumatlar
Eni minimum 1,5 km
Uzunluğu 30 km
Ən böyük dərinliyi 1110 m
Yerləşməsi
49°49′43″ şm. e. 155°02′10″ ş. u.
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Ançiferova adasını Paramuşir adasından
Dördüncü Kuril boğazı xəritədə
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı

Mənbə[redaktə | mənbəni redaktə et]