Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir.
Simfoniya No. 4 | |
---|---|
ing. Los Angeles | |
| |
Bəstəkar | Arvo Part |
Forma | simfoniya |
Premyera | |
İthaf olunub | Mixail Xodorkovski |
Hissələr |
Con Sublimata Affannoso Deciso |
Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır.
Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır. Salonen və Los-Anceles Filarmoniya Assosasiyası çoxdan Parta əsər sifariş etmək istəyirdi və bu sifariş uğurlu vaxta təsadüf etmişdir. Həmin dövrdə Part, qoruyucu mələk duasına əsaslanan qədim Rus Pravoslav kanonu əsasında “Kanon Pokajanen” adlı xor əsəri üzərində çalışırdı. Simfoniya üçün təklif aldıqdan sonra o, belə qərara gəlir ki, “Qoruyucu mələk kanonu”nu yeni əsərinin əsası kimi götürsün, çünki əsər adında “mələklər” sözü olan şəhərin flaqman orkestrı üçün yazılırdı.
Simfoniyanın notuna yazılmış qeyddə deyilir: “Part, Esa-Pekki Salonenin drijorluq etdiyi dünyanın ən yaxşı orkestrlarından biri olan Los-Anceles Filarmoniya Orkestrı tərəfindən, dövrümüzün ən möhtəşəm konsert salıonlarından biri olan Volt Disney adına konsert zalında ifa ediləcək əsər yazmaq sifarişini həvəslə qəbul etmişdir.” [1]
Dördüncü simfoniya ilk dəfə 10 yanvar 2009-cu ildə Esa-Pekki Salonenin drijorluq etdiyi Los-Anceles Filarmoniya Orkestrı tərəfindən Los-Ancelesdə yerlşən Volt Disney adına konsert zalında ifa edilmişdir. Əsər konsert proqramında ikinci səsləndirilmiş Motsartın On ikinci serenadası və Bramsın Fortepiano üçün birinci konserti arasında səsləndirilmişdir. Əsərin həmin ifası “ECM Records” tərəfindən diskdə satışa çıxarılmışdır. Alboma həm də Köln kafedralı üçün yazılmış “Kanon Pokajanen” əsərindən hissələr əlavə edilmişdir.
Los-Anceles Filarmoniya Orkestrı əsəri 8 may 2010-cu ildə Nyu-Yorkdakı Etik Mədəniyyət Konsert Zalında, həmçinin 20 avqust 2010-cu ildə BBC Proms çərçivəsində Royal Albert Zalında ifa edilmidir ki, bu da əsərin Birləşmiş Krallıq premyerası olmuşdur.
Partın musiqisinin əsas fərqləndirici xüsusiyyətlərindən biri də, bütün yaradıcılığı boyu əsərlərini müxtəlif Rusiya hökumət başçılarına qarşı istifadə etməsidir. Sovetlər tərəfindən estetik tənqidə məruz qaldığı dövrdə o, əsərlər seriyası yazmış, SSRİ-də xristianlığın təqib edildiyi vaxt isə dini musiqilər bəstələmişdir.
Dördüncü simfoniya Rusiyada neft sənayesində fəaliyyət göstərmiş sahibkar, ən aktiv siyasi fəaliyyət göstərən keçmiş oliqarx Mixail Xodorkovskiyə həsr edilmişdir. Əsər Xodorkovskini həbs etdirmiş Vladimir Putinə etirazı ifadə edir. Xodorkovskinin həbsinə səbəb kimi onun baş-nazir və prezident olmaq üçün çalışmasının əsas olduğu bildirilir. Xodorkovskinin bu istəyi Putini qəzəbləndirmiş, o, Rusiyada oliqarxların qeyri-qanuni sövdələşməsi işini qaldıraraq Xodorkovskini siyasətdən uzaqlaşdırmışdır. Xodorkobskinin rəhbərliyi ilə Rusiyanın daha yaxşı ölkəyə çevriləcəyinə ümid edən Part tədbirdə demişdi: “Simfoniyanın tragik tonu Xodorkovski üçün göz yaşı yox, insan ruhunun böyüklüyü və ləyaqətinin qüdrəti üçün təzimdir.”[2] O, həmçiin bildirir ki, “Bu əsərimlə mən əlimi həbsə salınmış Xodorkovskiyə və onun simasında Rusiyada qanunsuz olaraq həbs edilmiş bütün insanlara uzadıram.”[3]
Qremmi mükafatına namizəd göstərildikdən sonra Dördüncü simfoniya ictimayət arasında geniş yayılmağa başlamışdır. Tənqidçilər və bloggerlər Partın əsərini “məftunedici gözəl”[3], “başqa dünyaya məxsus” və “nadir uğur”[4] deyə mədh etmişlər. Partın mistik və dini bəstəkar kimi qayıdışı son simfoniyasından keçən onilliklər ərzində dördüncü simfoniyanın uzun müddət gözlənməsinə səbəb olmuşdur. Onların bəziləri əsəri Partın sonuncu simfoniyasındakı serializm vasitəsiylə yaradıcılığındakı azad ucluqları birləşdirərək tam dairə yaratdığını bildirmişlər.[4]
Əsərə az da olsa neqativ rəy verənlər də olmuşdur. Bəzi rəylərdə Partın ənənəvi sakit stilindən çox da uzaqlaşmadığı və buna görə də simfoniyanın əvvəldən təxmin edilən olması qeyd edilir. Tənqidçilər həm də bildirirlər ki, Partın öz stilinə sadiq qalması Dördüncü simfoniyanın sıxılmasına və müəllifin bəstəkar kimi potensialının tam açılmamasına səbəb olmuşdur. “5against4.com” qeyd edir ki, “Bu özünəməxsus və xoş olmayan əsər, hisslərlə dolu olsa da, onlara təsir etməyə qadir deyil (və yatəsir etmək istəmir).”[5] “Limelight Magazine” jurnalından Culyan Dey Dördüncü simfoniyanı Partın əvvəlki simfoniyaları və 1976-cı ildən əvvəl tintinnabuli tərzində yazılmış əsərləri ilə müqayisə edir. Dey yazır ki, “Partın musiqisi özü-özlüyündə seyrəkdir, lakin bu əsər nüvə axtarışındadır. O, bütün yaxşı məhsul göstəricilərinə malik olsa da, məni özüə cəlb etmir.”[6]
Partın əvvəlki simfoniyaları tam orkestr üçün nəzərdə tutulsa da, Dördüncü simfoniya yalnız simli alətlər orkestrı, arfa, litavrlar və marimba, krutal, kolokola, tabaqlar, üçbucaq, tamtam, böyük baraban kimi zərb alətləri üçün yazılmışdır.
Simfoniya üç yavaş hissədən ibarətdir. Əsərin ifası adətən 37 dəqiqə çəkir. Ümumilikdə yavaş və təntənəli olan əsərdə bəstəkarın son on illərdə üstünlük verdiyi mistik əhval saxlanmış, əsər “kədərli, introspektiv, gileyli” kimi təsvir edilir.[7]
Əsər zınqırov zəngləri, uzun akkordlar və zənglərin rezinansının hiss edilməsi üçün uzun pauzalarla müşayət olunur. Partın adətən istifadə etdiyi kimi, zənglərin səslənməsinəə uyğunlaşması üçün simlilər əksər hallarda yeksə registrlarda səsləndirilir. ƏSər A minor açarında yazılsa da, tonal mərkəzlər ya yoxdur, ya da yayğın vəziyyətdədir. Həmçinin qeyd edilməlidir ki, əsərdə təkrarlanan intervallara yol verilmiş, 3-cü, 6-cı və 4-cü intervallar bütün hissələrdə lirik və melodik bölmələrdə motiv kimi səsləndirilmişdir.
Bu hissə hər biri bir-birindən fərqlənən üç bölmədən ibarətdir. Birinci bölmə əsərdə dominant olan E major akkordu ilə başlayır. Simlilərdəki yüksək tremolo parlaq nəfəs yaradaraq M-səsə keçir. Daha sonra arfa və perkussiyanın da qoşulduğu musiqiyə səslərin harmoniyası və daimi kimi görünən gərgin xəttlərin parçalanması üçün T-səs əlavə olunur.
Hər xanənin davametmə uzuluğu 76 BPM, səslər isə yavaşdır. Hər iki xanə yarımdan bir digər səs hərəkətə keçərək efir əhvalı və əbədilik hissi yaradır. Mütəmmadi əlavə edilən səslər M-səsin diapazonnundan ya aşağı ya da yuxarı səslənir. Krutal ilk dəfə arfanın altında T-səsə əlavə olunur. Sonra bu bölmədə arfanın səslənməsindən iki xanə qabaq hər dəfə krutal səslənir. Sonra T-səsə bass pizikatonun əlavə edilməsi ilə M-səs yaradılır. Bölmə T-səsin girişi təşkil etdiyi asmalardan ibarətdir ki, burda da, asmalar insan qulağı üçün həddən artıq yüksək olan E majordan başlayaraq, tədricən insan qulağı üçün çox zəif olan akkorda kimi enir. İkinci bölmə əsərin əsas hissəsinin başladığı yerdir, birinci bölmə isə əsasən giriş xarakteri daşıyır. 3, 4 və 5 bitlərinin təkrarlanmasına görə güclü ritm əsərdə hiss olunmur.
Bu bölmənin melodiyası çərək notlarda səslənərək səkkizlik nota keçir, daha sonra tuplet və onaltılıq nota keçir.
Üçüncü bölmə daha mediativ olsa da ikinci bölmənin davamlığı və birinci bölmənin efirliyini də saxlayır. Bu bölmədə yenidən istifadə edilən T-səs musiqiyə harmoniya və ritm hissini qaytarır.
Daha energik olan ikinci hissə birinci hissədə yaradılmış efir əhvalını dağıdır. Bu hissə əsasən iki alternativ ideyadan ibarətdir: güclü ritmə malik tripletlərdən ibarət seksiya və yavaş, lakin lirika ilə zəngin seksiya. Hissənin birinci yarısında nəzərə çarpan homofoniya sakitlik və sahəni yaradır və qoruyur. Hər sakitlik ifa edilən sonuncu not dairəsindən fərqli olaraq bir-birindən fərqlənir. İkinci hissə toniklə başlasa da, əlavə edilmiş dissonanslara görə açar sahə və tonallığı müəyyən etmək mümkün deyil. Musiqi əsasən standart septakkorddan ibarətdir, dissonanslar isə əsas və ikinci dərəcəli akkord saniyələri arasına intervallar əlavə edilməsi yolu ilə yaradılır.
Hissənin ikinci bölməsi birinci hissədə eşidilən melodiyanın dəyişdirilmiş versiyasını təqdim edir, səslənmə zamanı Partın “motivləri” hər tərəfdə eşidilir, melodiya isə altıncı, beşinci və üçüncü tonların yüksələn və enən tonları ilə vurğulanır. İkinci hissədə Part öz əsəri olan “Bu sözlər”dən (ing. These Words) simlilər və perkussiya üçün olan sitatlardan istifadə edir. Partın həmin əsəri haqqında ictimayətə çox az məlumat bəlli olsa da, bilinir ki, bəstəkar həmin əsərini 2007-2008-ci illərdə Danimarkadakı “Léonie Sonnings Musikfond”un sifarişi ilə yazmışdır. Əsər 22 may 2008-ci ildə Kopenhagendə Tınu Kalyüstenin drijorluğu ilə təqdim edilmişdir.
Sonuncu olan üçüncü hissə, melanxolik melodik axın yaradan və vi₆ üçün keçid yaradan ikinci dərəcəli akkord motivli G minordan başlayır. Giriş ardıcıllıqlardan ibarət incə tekstura və melodiyaya malikdir. Müşayətçi T-səs də incəlik və ritmə malikdir ki, bu da musiqini oynaq edir. Hissənin şərəfinə adlandırıldığı kodun başlamasına kimi hissə də başlamır.
Decisio sürətli və ciddi marşla başlayır və məhz burada musiqi kanon stilində səslənir. Hər səsin əlavə olunması ilə əhval tezliklə dəyişir. Bəziləri A major, digərləri isə A minorda səsləndiyinə görə, hissə eyni vaxtda hər iki klavişdə ifa edən orkestrın səslənməsi iləbaşa çatır. Aşağı, tutqun və enişli marş sahədə yuxarı qalxdıqca məyus ton alır. Kanonun hər mərhələsində M-səslə birlikdə melodiyaya bir bar əlavə olunur (simlilərin qoşulmasına kimi melodiya 9 barla başlayıb 12 barla başa çatır). Səslər ən aşağıdan başlayaraq tədriən ən yuxarıya istiqamətlənməklə əlavə olunur. Məhz burada tonal mərkəzlər strateji yayılma alır. Hər alət qrupu minordan başlayaraq sonra A majora keçir və yenidən minora qayıdır və ardıcıllıq belə davam etdirilir. Bütün alətlərin kanona daxil olmasına kimi orkestr eyni zamanda A major və A minorda ifa edir. Melodiyanın hər mərhələsində barların sayı iki ədəd azalır və dörd barda dayanır. Ənənəvi kanonlara uyğun olaraq M-səsdəki alətlər də həmin qayda ilə tamamlanır və kanonun tamamlanması skripkaların öhdəsinə verilir.
Əsər, bəstəkarın ilham mənbəyini xatırladan və A minorda səslənən qərarlı zınqırov səsi ilə tamamlanır.
“Bu sözlər”dən alınan ilhamla yanaşı, Dördüncü simfoniya həm də Kilsə Syavyan poeziyasının musiqili quruluşudur. “Kanon Pokajanen” əsərində olduğu kimi Dördüncü simfoniyada da Part, səcdə sayları, əyləc və nöqtə elementlərini əsərin strukturunu formalaşdıran elementlər kimi istifadə edir. Simfoniyaya Partın “Kanon Pokajanen” əsərinin mətn strukturunu sözsüz musiqiyə keçirmək üsulu kimi də baxmaq olar. Partın fikrincə “Bu iki əsər stilistik birliyə malik olmaqla müəyyən mənada bir-birinə aiddir...Mən sözlərə öz musiqisini seçmək imkanı vermək istədim. Məni təəccübləndirən nəticə slavyan tələffüzünün yalnız kilsə mətnlərində qalmış hissələrindən əldə edilmişdir. Məhz kanon mənə dil seçiminin əsərin xarakterinə necə ciddi təsir etdiyini göstərdi”.[2] Simfoniya xarakterik kilsə nəğmələrinin modallıqları, ifadələri, təkrarlanma və ardıcıllıqları, səslərin bir-birinə cavab verməssi və perkussiyanın Pravoslav kilsəsi mərasimlərində istifadə olunan zınqırov səslərinə uyğun səsləndirilməsi ilə zəngindir.