Dördləçək mərcanı

Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü.

Vaccinium oxycoccos
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır.

Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır.

Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır. Əgər xammal yetişməmiş, yan tərəfi qırmızıdırsa keyfiyyəti və təsiri aşağı hesab olunur. Bunun saxlanılması mümkün hesab edilmir. Xammal toplanıldıqdan sonra təmizlənir və çeşidlərə ayrılır.

Bütünlüklə pöhrəlikləri xüsusən ərsinəbənzər və ya daraq formalı quşüzümünün qorunması məqsədəuyğundur. 

Səbətin çiləkəndən və ya çubuqdan hörülmüş hissələrinin çəkisi 30-60 kq olmaqla, 10°C-dən yüksək temperaturda, quru, yaxşı havalı olan yerlərdə saxlanılmalıdır. Payızda toplanılan giləmeyvələri bütün qışı saxlamaq mümkündür.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Meyvələrində bol üzvi turşular (2-5%): xinin, limon, alma və benzoy turşuları vardır. Meyvələrinin tərkibində şəkər (qlükoza, fruktoza, saxaroza), pektin maddələri (1,5%), efir yağları, azacıq askorbin turşusu (12-29 mq%), B qrup vitaminləri, flavonoidlər (kverçetin, rutin, hesperidin), aşı maddələri (4,9%), sərbəst katexin, antosian, triterpen birləşmələr, kalium, fosfor, kalsium, manqan və yod duzları, toxumlarının tərkibində isə 16-28% piyli yağlar vardır.

Mikrobəleyhinə və diuretik dərmandır.

Meyvələri qiymlətli qida və diuretik məhsuldur. Tərkibində çoxlu miqdarda olan benzoy turşusu mikrobəleyhinə, diuretik dərmandan başqa, müxtəlif böyrək, sidikyolu xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilir. Təzə giləmeyvələri mədə və mədəaltı vəzi sekresiyasını artırır. Temperatura hallarında tərqovucu vasitə kimi işlədilir. Sidiyin tərkibindəki urat və oksalat duzlarını əridərək yaxşı təmizləyir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 351.