Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndi (1438[1][2][…] – 1491[1][2]) — təzkirəçi, ədəbiyyatşünas, şair, "Təşkirətüş-şüəra" əsərinin müəllifi
Dövlətşah Səmərqəndi | |
---|---|
Doğum tarixi | 1438[1][2][…] |
Vəfat tarixi | 1491[1][2] |
Fəaliyyəti | şair, yazıçı |
Dövlətşah Səmərqəndi 1431, 1436, yaxud 1438-ci ildə Səmərqənddə doğulmuşdur. Onun atası Əmir Teymurun oğlu Şahruxun mümüm əmirlərindən olmuşdur.
O, türk və bütövlükdə Şərq ədəbiyyatının qüdrətli mütəfəkkirlərindən biridir.
Görkəmli alim və şair 1491-ci ildə (bəzi mənbələrdə 1495, yaxud 1507) vəfat etmişdir.
Dövlətşah Səmərqəndi Şərq və türk ədəbiyyatı tarixində "Təzkirətüş-şüəra" adlı məşhur təzkirəsi ilə tanınmaqdadır. Bu təzkirə ilk dəfə 1887-ci ildə anaonim redaktor tərəfindən Bombeydə yayınlanmışdır. Əsər Azərbaycanda Əlyazmalar İnstitutu tərəfindən 1987-ci ildə nəşrə hazırlansa da, yalnız 2022-ci ildə yayınlanmışdır.
Bəzi mənbələrdə fars-tacik alimi kimi anılan Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndinin şəxsiyyəti və təzkirəsi haqqında türk alimi professor Əhməd Atəş yazır:
"O, hicri qəməri 830-840 (1427-1436)-cı illər arasında anadan olmuş bir türk bəyzadəsi idi. Uzun müddət Teymurlu şahzadələrin xidmətində və saraylarında qaldıqdan sonra, Əlişir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat keçirmişdir. 50 yaşının içində ikən İran ədəbiyyatının bütün dövrlərini əhatə edən "Təzkirətüş-şüəra"sını yazmağa başlamış və onu hicri qəməri 892 (1487)-ci ildə tamamlamışdır. O, bu əsəri dövrünün hakimi Sultan Hüseyn Bayqaraya və Əlişir Nəvaiyə ithaf etmişdir. Ölümü h.q. 896 (1490-91)-ci ildən az sonra h.q. 900 (1494-95)-ci ildədir".
Nihad Sami Banarlı isə Dövlətşah təzkirəsini belə qiymətləndirirdi:
"Övfinin təzkirəsi bir talesizlik üzündən ancaq 1594-cü ildən bu yana meydana çıxdığı üçün XV əsrdən bəri İran və türk təzkirələrinin başlıca örnəyi Dövlətşah təzkirəsi olmuşdur".
Dövlətşahın təzkirəsi Azərbaycan ədəbiyyatşünaslığı üçün həm də ilk dəfə olaraq İzzəddin Həsənoğlu haqqında məlumat verməsi baxımından mühümdür. Dövlətşah Səmərqəndi onun əsfərainli olması, farsca və türkcə şerlər yazması, əsərlərinin Azərbaycanda və Rumda məşhur olması haqqında da danışmışdır.