"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir.
Dövlət | |
---|---|
q.yun. Πολιτεία | |
Müəllif | Platon |
Orijinalın dili | qədim yunan dili, yunan dili |
Ölkə | |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Platonun dövləti üç zümrədən ibarətdir:
Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır. Hətta qadınlar və uşaqlar da ümumidir və uşaq doğumuna dövlət tərəfindən nəzarət edilir. Əmək bölgüsü qabiliyyətə əsasən aparılır.
Platon Sparta dövlət quruluşunu özünə nümunə kimi qəbul edir. Onun fikrincə hər bir dövlətdə əmək bölgüsü zəruridir və hər kəs öz işi ilə məşğul olmalı, digərlərinin işinə qarışmamalıdır. Həmçinin dövlətdə əkinçilər, inşaatçılar, sənətkarlar və döyüşçülər olmalıdır və onlar dövləti daxili və xarici düşmənlərdən qorumalıdırlar. Bununla belə, bir şəxsin əkinçilik sahəsində bacarığı varsa, o, döyüş bacarığına malik ola bilməz və ömrünün axırına kimi əkinçi olaraq qalmalıdır. Ruh 3 hissədən ibarət olduğu kimi, dövlət də 3 zümrədən ibarət olmalıdır:
Bu dövlətin sakinlərinə onların qardaş olduqları, lakin hamısının bərabər olmadıqda, yəni Allahın insanları bərabər yaratmadığı barədə mif təlqin edilməlidir. İnsanlar hakimiyyətə imtahan yolu ilə seçilməlidirlər, lakin irəli çəkilmənin ən yaxşı üsulu təlimdir. İdeal dövlətdə insanlar arasındakı ayrı seçkilik irsi ötürülmür. İstedadlı uşaqlar imtahan üsulu ilə seçilərək daha yüksək zümrəyə daxil ola bilərlər. Platon insanların vənigahların süni üsulla seçilməsini təklif edirdi. Qimnastika sağlamlığın möhkəmləndirilməsi və təbabətin lazımsız bir sahəyə çevrilməsi üçün zəruridir. Xəstələrin müalicə olması yolverilməzdir. Xüsusilə döyüşçülər gimnastika ilə daha çox məşğul olmalıdırlar. Şəxsi mülkiyyət və ailə ləğv edilməlidir, çünki onlar maraqlar toqquşması yaradır və dövlətin bütövlüyünü sarsıdır. Mühafizəçilər birgə yaşayır və birgə qidalanırlar. İldə bir dəfə əkinçilər onları qoruyan mühafizəçilərə ərzaq məhsulları verirlər. Mühafizəçilərin arvadları və uşaqları ümumi olmalıdır. Qadınların ümumi olması fikrini hərfi mənada başa düşmək lazım deyil, ideal dövlətdə pozğunluq qadağandır. Bütün bunların məqsədi sağlam nəsil almaqdır. Dövlət çalışmalıdır ki, yaxşılar yaxşılarla, pislər isə pislərlə yaxınlıq eləsinlər. Bununla belə pislərin verdikləri nəsil məhv edilir, yaxşıların verdiyi nəsil isə yetişdirilir. Qadınlara 20–40 yaş arasında, kişilərə isə 25–55 yaş arasında uşaq sahibi olmağa icazə verilir. Bu yaş həddlərindən kənarda doğulan uşaqlar məhv edilir. Xüsusi şəxslər mühafizəçilərin uşaqlarını birlikdə tərbiyə edirlər.
Platon demokratiyanı tənqid edir və demokat obrazını satirik formada belə təsvir edir: "varlanmış keçəl və qozbel dəmirçi həbsxanadan yenicə çıxmış, hamamda yuyunmuş, özünə yeni plaş almış və öz ağasının kasıblığından və köməksizliyindən istifadə etməklə onun qızı ilə evlənir… O, adətən sırtıq, pozğun və şərəfsizdir" Platon özünün ideal dövlət quruluşunu eybəcər hala salınmış dövlət quruluşları — demokratiya, tiraniya, oliqarxiya və timokratiyaya qarşı qoyur. Aristokratiyanı isə ideal dövlət quruluşu hesab edir. İdeal dövləti filosoflar idarə etməlidirlər. Onlar ən ağıllı mühafizəçilərin arasından çıxırlar. Gələcək filosoflara gözəl təhsil verilir və 35 yaşında onlar dövləti idarə etməyə başlayırlar və 15 il vəzifədə qalırlar.
Dialoq elə qurulub ki, sanki ədalət və fayda müəllifin əsas ideyasıdır. Bu səbəbdən bəzi tədqiqatçılar dialoqu tamamilə metaforik qiymətləndirirlər. Yəni hesab edilir ki, bu fikirlərin əsil dövlətlə heç bir əlaqəsi yoxdur. Bu fikir bir az şişirdilmədir, lakin müəllif dialoqda bildirir ki, onun müasiri olduğu heç bir dövlət ideal dövlət quruluşu uyğun gəlmir, hətta dünyada ideal dövlətin qurulacağına şübhə də ifadə edilir.