Dövlət Nəzarəti Nazirliyi (SSRİ)

SSRİ Dövlət Nəzarəti Nazirliyi (rus. Министерство государственного контроля СССР) — SSRİ-nin dövlət, kooperativ, ictimai təşkilatlar, idarə və müəssisələrin istehsal, təsərrüfat və maliyyə fəaliyyətlərinə nəzarət edən mərkəzi ittifaq-respublika hökumət orqanı. SSRİ Dövlət Nəzarəti Nazirliyi SSRİ-nin tərkibindəki müttəfiq respublikaların dövlət nəzarəti nazirliklərinin fəaliyyətini idarə edirdi.[1]

Dövlət Nəzarəti Nazirliyi
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 15 mart 1946
Əvvəlki qurum Xalq Nəzarəti Komissiyası
Ləğv edilib 23 avqust 1957
Sonrakı Xalq Nəzarəti Komissiyası, SSRİ Nazirlər Soveti[d]
Baş qərargah

Vəzifə və funksiyaları

[redaktə | mənbəni redaktə et]
  • SSRİ hökumətinin fərman və sərəncamlarının ciddi və dönməz icrasına nəzarət etmək;
  • Yoxlamaların materiallardan irəli gələn bəzi xalq təsərrüfat əhəmiyyətli məsələləri SSRİ hökumətinin və ittifaq respublikalarının hökumətlərinin baxılmasına təqdim etmək;
  • SSRİ hökumətinə və ittifaq respublikalarının hökumətinə SSRİ dövlət büdcəsinin və ittifaq respublikalarının dövlət büdcələrinin icrası haqqında rəylər təqdim etmək;
  • SSRİ-nin dövlət, kooperativ, ictimai təşkilatlarında, idarə və müəssisələrində audit və yoxlamaların aparılması;
  • Statistik və digər hesabat məlumatlarının etibarlılığına nəzarət;
  • Maddi sərvətlərin saxlanması, xərclənməsi və istifadəsi qaydasına nəzarət.
  1. "Organization Of The Ministry of State Control USSR" (PDF). CIA. January 23, 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 November 2017. Şablon:PD-notice