Dövlət antik kolleksiyası

Dövlət antik kolleksiyası (alm. Staatliche Antikensammlungen‎) (köhnə adı — Kiçik formalı antik incəsənət kolleksiyası) Qədim Yunanıstan, Romaetruriya mədəniyyətinə aid Almaniyada ən böyük kolleksiyalardan biri.

Dövlət antik kolleksiyası
alm. Staatliche Antikensammlungen
Muzey binası
Muzey binası
Xəritə
Əsası qoyulub 1813
Mövzu Antik Yunan-Roma
Ölkə
Yerləşir Königsplatz, 80333 München, Almaniya Almaniya
Muzeyə yetişmək Metro: Königsplatz
Telefon +49 (0)89 / 599 888 30
İş rejimi Çərşənbə axşamı-Bazar 10:00-17:00
Cümə axşamı 10:00-20:00
Bilet 3,5 avro, Bazar günü 1 avro
48°08′42″ şm. e. 11°33′53″ ş. u.HGYO
Dövlət antik kolleksiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət antik kolleksiyası muzeyinin binası Bavariya əyalətinin paytaxtı Münhen şəhərində, Köniqpalas meydanında Qliptotek muzeyi ilə üzbəüz yerləşir. Bina 1838–1848-ci illərdə bavar kralı I Lüdviqin göstərişi ilə memar Georq Fridirix Çibland tərəfindən Korinf orderi stilində inşa edilmişdir. 1869–1872-ci illərdə binada kral antikbariumu yerləşmişdir. 1898-ci ildən 1912-ci ilə kimi binada Münhen Sesessionu — Münhen Rəssamlar Birliyi , 1919-cu ildən Yeni dövlət qalereyası yerləşmişdir. İkinci dünya müharibəsi zamanı dağılmış bina 1967-ci ildə bərpa edilərək Dövlət antik kolleksiyası muzeyinin ixtiyarına verilmişdir.

Kolleksiya əsasən Vittelsbaxların yığmış olduqları, xüsusən I Lüdviqə məxsus antik eksponatlar daxildirlər. 1831-ci ildə kral müşaviri Martin fon Vaqner Etruriya mədəniyyətinə aid Vulçi şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılmış keramik əşyaları əldə etmişdir. Fridrix fon Tirş hərracda Lüsyen Bonaparta məxsus mirasdan antik incəsənət nümunələrini almışdır. Kral I Lüdviq Korolina Bonapartın qızıl-zinət kolleksiyasını, Peruciyada aparılan qazıntılar zamanı tapılmış Etruriya mədəniyyətinə aid tunc məmulatlarını, İtaliyanın cənubundan tapılmış yunan terrakotunu satın alaraq əldə edir. 1868-ci ildə I Lüdviq öldükdən sonra onun kolleksiyası antik Vittelsbax kolleksiyası ilə hersoq V Albrext tərəfindən birləşdirilərək Hofgartenin park qalereyasında — Antikvariumda yerləşdirilmişdir. Daha sonralar antik kolleksiya Paul Arndt, Cejms Lob və Hans fon Şönə məxsus şəxsi kolleksiyalar hesabına daha da zənginləşmişdir.

Antik zinət əşyaları
Armento qızıl tacı e.ə. 370–360
Qızıl zinət əşyası sfinks
Qızıl sırqa, Etruriya
Qədim Romaya aid antik zinət əşyaları
Qədim Romaya aid antik tibbi alətlər (e.ə.2-3 əsr)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 archINFORM (alm.). 1994.