Dövr - tarixi geologiyada nisbi geoxronoloji şkalanın vahidi. Yerin və canlılar aləminin inkişafının böyük bir mərhələsinə uyğundur. Eranın bir hissəsi olub, sistemin əmələgəlmə vaxtı və geoxronoloji ekvivalentidir. Dövr mütləq davamiyyəti bir neçə on milyon illərlə ölçülür (~1,8 mln il davam etmiş dördüncü dövrdən başqa). Dövr Yer qabığının ehtizazi və horizontal hərəkətlərilə səciyyələnir. Yer üzərində dəniz hövzələrinin paylanması və forması, həmçinin fauna və flora aləmində baş verən dəyişikliklər bu hərəkətlərlə bağlıdır. Çox vaxt bu iri hərəkətlər, dövrlərin müxtəlif əsrlərində və ya onların sərhədlərində baş verən daha zəif ehtizazi hərəkətlər və qırışıq əmələgətirmə prosesləri ilə müşayiət edilir. Dövr 2 və ya bir neçə əsrə bölünür. Dövr adı sistemin adından əmələ gəlir.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.