Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Dözümlü akasiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Cins: Növ: Dözümlü akasiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir.
Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır. Çiçəkləri 5 üzvlü, açıq və ya qızılı-sarı rəngli, diametri 6–8 mm-dir. Kasacıqların 1/3 hissəsi yuxarı tərəfə bitişikdir. Qaidədən bitişik olan ləçəkləri uzunsov rombşəkillidir. Erkəkcikləri sarı rəngli, sapabənzər, əyridir. Çiçəkləmə dövrü mart ayından başlayaraq oktyabra qədər davam edir. Pаxlalarının uzunluğu 8–10 sm, eni 0,5 sm-dir, yastı, uzun, hamar, azca əyri olub, boz rəngdədir. Hər pаxlada 6–14 ədəd toxum olub, uzunluğu 4 mm, eni 2,5 mm və qalınlığı 1 mm-ə çatır, tünd qara rəngdədir. Tоxumla çoхalır.
İsti keçən illər kütləvi çiçəkləyir, toxum verir. Şаxtaya dözümlüdür.
Lənkəran, Astara və Abşeronda, Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir.
Dekorativ bitkidir. Qışı mülayim keçən bölgələrdə yaşıllıqlarda istifadə üçün yararlıdır.