Düldül

Düldül (ərəb. دلدل‎) — Məhəmməd peyğəmbərə (s.a.a.v) Misir hakimi Mukaukis tərəfindən Yağfurla birlikdə hədiyyə edilmiş bir qatır. Zil qara və ya ağ rəngdə olması nəql edilən Düldül, İslam xəlifəsi Hz Əliyə (ə.s) Məhəmməd peyğəmbər tərəfindən hədiyyə edilmişdir[1][2]. Şiə alimlərinin sözlərinə görə Hz Əli CəməlSüffeyn döyüşlərinə onunla getmişdir. Düldülün dişi olması rəvayət edilir. Daha sonralar klasik ədəbiyyatda bir at şəklində təsvir edilmişdir. Hz Əli fars və türk klassik ədəbiyatında, dini dastanlarda əsasən Zülfüqar adlı qılıncı və Hz Məhəmmədin ona hədiyyə etdiyi atı ilə birlikdə anılır. Əslində isə o bir qatırdır.

Xalq arasında Düldül güclü, qüvvətli, çevik, ağıllı kimi anlamlarla işlədilir. Azərbaycanın Şəmkir rayonu ərazisində Düldül dağının adıda buradan götürülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. S. Bashear. Riding beast on divine missions: An examination of the ass and camel traditions Arxivləşdirilib 2014-01-12 at the Wayback Machine. Journal of Semitic Studies 37/1 (1991). pp62
  2. Duldul Arxivləşdirilib 2021-05-03 at the Wayback Machine, Encyclopaedia of Islam Second Edition