Dünya Siyasəti İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu.
2014-cü ildə yaradılmışdır.
- "MDB ölkələri" şöbəsi.
- "Avropa ölkələri və beynəlxalq təşkilatlar" şöbəsi
- "ABŞ və Avropa ölkələri" şöbəsi
- "Yaxın Şərq və Afrika ölkələri" şöbəsi
- "Cənub-Şərqi Asiya ölkələri" şöbəsi
- "Azərbaycan Respublikasının xarici siyasəti" şöbəsi
- "Tərcümə, nəşriyyat və informasiya" şöbəsi
- Dünyada baş verən sosial-iqtisadi, siyasi və b. proseslərin təhlili, qiymətləndirilməsi, onların Azərbaycan Respublikasına mümkün təsirlərinin qısamüddətli və uzunmüddətli proqnozlaşdırılması.
- Dünya siyasətinin təkamülü, Azərbaycan Respublikasının onda yeri və rolu.
- MDB ölkələrində, ABŞ-də və Amerika qitəsində, Avropa, Yaxın Şərq və Afrika, Cənub-Şərqi Asiya ölkələrində daxili ictimai-siyasi və iqtisadi proseslər, dünya siyasətində tutduqları yer, xarici siyasətlərinin başlıca istiqamətləri, məqsədləri, həyata keçirilmə mexanizmləri və formaları, qarşılıqlı münasibətləri, Cənubi Qafqaz siyasətində Azərbaycan Respublikasının yeri, əməkdaşlığın perspektivləri.
- Beynəlxalq təşkilatlarda gedən proseslər, onlarda ayrı-ayrı dövlətlərin yeri və rolu.
- Dünya ölkələri siyasətçilərinin və ictimai xadimlərinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan Respublikasına dair baxışlarının öyrənilməsi və təhlil edilməsi.
- Azərbaycan Respublikasının xarici siyasət məsələlərinin araşdırılması və proqnozlaşdırılması.
- Tərcümə və nəşr işlərinin görülməsi, institutun fəaliyyəti haqqında saytın təmin edilməsi və məlumatların informasiya vasitələrində yayılması.
- İnstitutun ilkin formalaşması mərhələsində ildə iki dəfə şöbələrin araşdırdığı problemlərə dair hazırlanan analitik materialların müvafiq dövlət orqanlarına göndərilməsi
|
---|
Bölmələr | |
---|
Elmi mərkəzlər | |
---|
İnstitutlar | |
---|
Digər | |
---|