Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür.
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu | |
---|---|
ing. 7 World Trade Center | |
| |
40°42′48″ şm. e. 74°00′43″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region | US-NY_type:landmark |
Şəhər | Nyu-York |
Yerləşir |
250 Qrinuim-strit Manhetten, Nyu-York 10007, Birləşmiş Ştatlar |
Tikilmə tarixi | 2002–2006 |
Mərtəbə sayı | 52 |
Memar | Deyvid Çaylds (SOM) |
Vəziyyəti | Fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi. Bina Dünya Ticarət Mərkəzinin meydanına yerüstü keçid vasitəsilə birləşdirilmişdi. Bina Consolidated Edison elektrik yarımstansiyasının üzərində yerləşirdi. Bu elektrik yarımstansiyası binaya nadir inşaat-dizayn məhdudiyyətləri qoymuşdur. Binanın açılış mərasimi 1987-ci ildə keçiriləndə, Silverstayn icarədar cəzb etməkdə çətinlik çəkirdi. Salomon Brothers investisiya bankı 1988-ci ildə uzunmüddətli bir icarə müqaviləsi imzalamışdır və Dünya Ticarət Mərkəzinin 7-ci korpusunun əsas icarədarı olmuşdur.
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu 11 sentyabr 2001-ci ildə, terror aktları zamanı Dünya Ticarət Mərkəzinin Şimal Qülləsi dağılanda qırıq-quruqların binaya dəyməsi ilə zədələnmişdi. Bu qırıq-quruqlar binada yanğın da törədmişdir. Bu yanğın binanın aşağı mərtəbələrində gecəyə qədər davam etmişdir. Binanın daxili yanğınsöndürmə sisteminin yanğınla mübarizə aparmaq üçün yetərli su təzyiqi yox idi. FEMA təşkilatının verdiyi məlumata görə bina saat 17:21:10-də tamamilə dağılmışdır.[1]:23 Buna baxmayaraq, NIST təşkilatının 2008-ci ildə verdiyi məlumata görə bina 17:20:52-də dağılmışdır.[2]:19, 21, 50–51 Binanın dağılması daxili bir sütunun əyilməsi və bunun binada ümumi bir süquta səbəb olması ilə başlamışdır. Bu hadisələr, xüsusilə binanın damında yerləşən penthausun dağılması saat 17:20:33-də xaricdən görünmüşdü. Dünya Ticarət Mərkəzinin keçmiş 7-ci korpusunun dağılması onu nəzarətsiz yanğına görə dağılan ilk göydələn[3] və o vaxtda yanğına görə dağılan ilk poladdan hazırlanmış göydələn etmişdir.[4]
Dünya Ticarət Mərkəzinin yeni 7-ci korpusunun inşa edilməsi 2002-ci ildə başlamış, 2006-cı ildə isə sona çatmışdır. Bina 52 mərtəbəlidir və Nyu-Yorkun ən uzun 28-ci binasıdır.[5][6][7][8] Bina orijinalından daha kiçik bir sahədə tikilmişdir. Bina şərqdən Qrinviç, cənubdan Vizi, qərbdən Vaşinqton, şimaldan isə Barklay küçələri ilə həmsərhəddir. Qrinuiç-sritdə yerləşən park vaxtilə orijinal binanın sahəsinə aid olan yeri tutur. İndiki binanın dizaynı dəmir-betondan hazırlanmış mərkəzlə, daha qalın pilləkənlərlə və poladdan hazırlanmış sütunların yanğından daha yaxşı mühafizəsi ilə təhlükəsizliyə daha çox əhəmiyyət verir. Bina Yaşıl Binalar üzrə Amerika Şurasının təşkil etdiyi Enerji və Ekoloji Dizayn üzrə Rəhbərlikdən sertifikat alan Nyu-Yorkdakı ilk kommersial ofis binası idi. Bina şuranın eksperimental proqramı olan Enerji və Ekoloji Dizayn üzrə Rəhbərlik – Özək və Qabığın İnkişafına qəbul edilən ilk layihələrdən biridir.[9]
Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu Emery Roth & Sons şirkəti tərəfindən qırmızı qranit fasadla dizayn edilən 47 mərtəbəli bir bina idi. Binanın uzunluğu 190 metr (620 ft).[10] Binanın trapesiyaşəkilli sahəsinin uzunluğu 100 metr (330 ft), eni isə 43 metr (141 ft) idi.[11] Tishman Realty & Construction korporasiyası binanın tikinti işini idarə edirdi.[11] Binanın təməlqoyma mərasimi 2 oktyabr 1984-cü ildə keçirlimişdir.[12] Bina 1987-ci ilin may ayında açılmış və Dünya Ticarət Mərkəzinin 7-ci binası olmuşdur.[13]
Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu Consolidated Edison şirkətinin iki mərtəbəli bir elektrik yarımstansiyasının üzərində tikilmişdi. Bu yarımstansiya 1967-ci ildən bəri həmin yerdə yerləşirdi. Yarımstansiya 25 mərtəbəlik bir binanı saxlamaq üçün dizayn olunmuş kesson bir təmələ malik idi.[14] Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu üçün hazırlanan son dizayn əvvəlki dizaynlardan daha böyük idi və altında tikilən yarımstansiya üçün münasib deyildi.[15]:xxxviii Buna görə də, Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusunun struktur dizaynında verilən 5-ci və 7-ci mərtəbələrinə yükləri binanın daha kiçik olan bünövrəsinə göndərmək üçün ağırlıq sütunu yerdəyişmə ferma və tirləri daxil edildi..[2]:5 Binanı uyğunlaşdırmaq üçün 1967-ci ildə montajlanan kessonlardan istifadə edildi. Binanın 5-ci mərtəbəsi tikilini yanlardan sabitlik və yeni və köhnə kessonlar arasında yük yerdəyişməsi ilə təmin edərək bir diafraqma kimi fəaliyyət göstərirdi. Binanın 7-ci mərtəbəsindən sonrakı strukturu tipik bir boru dizaynına malik idi.[14]
Bütün Dünya Ticarət Mərkəzi Kompleksinə xidmət göstərən yükvurma və qəbuletmə trapı Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusunun sahəsinin şərq rübünü tuturdu. Binanın 3-cü mərtəbədən aşağı hissəsi açıq idi.[14] Bu, yükvurma trapında üçün yük avtomobillərinin boşaldılması üçün yetərli sahə buraxırdı. Strukturun polladdan hazırlanmış elementləri üçün nəzərdə tutulan sprey-odadavamlılıq məhsulları poladdan hazırlanmış tirlər və fermalar üçün iki saatlıq, sütunlar üçün isə üç saatlıq məzəmməti olan gips-əsaslı monokot idi.[1]:11