Gips (mineral)

Gips – CaSO4 •2H2Omonoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Gips
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaSO₄·2H₂O[1]
Strunz təsnifatı VI/C.16[2]
Xüsusiyyətləri
Zolaq rəngi
Sıxlıq 2,32 ± 0,01 q/sm³[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gips
Gips "çöl gülü", Səhra, uzunluğu 47 sm

Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır. Hidrotermal mənşəli gips adətən sulfid yataqlarında qeyd edilir. Aktiv vulkanizm rayonlarında isti bulaqların, fumarolların və solfatarların çöküntülərində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: anhidrit, kalsit, araqonit, dolomit, kizerit, sərbəst kükürd, kvars, pirit, xalkopirit və b. Mineralın tapıldığı yerlər: Siciliya adası (İtaliya); Qarts (Almaniya); Volqaboyu, Dağıstan, Qərbi Uralyanı (Rusiya); Qaurdağ (Türkmənistan); Saxara səhrası (Şimali Afrika); bir sıra ştatlar (ABŞ) və b. Azərbaycanda gips obyektləri – Yuxarı Ağcakənd, Dəstəgir, Monaşid, Araz, Şahtaxtı, Qarğalıq, Çeildağ yataqları və mineralın çoxsaylı təzahürləri əsasən Kiçik Qafqazın Şimal-Şərq hissəsində, Naxçıvan MR-da və Qobustanda cəmləşmişdir. Gips az miqdarda Abşeron yarımadasında aşkar edilmişdir. Filizçay, Katex, Daşkəsən, Gədəbəy, Çıraqdərə, Toğanalı, Mehmana, Qızılbulaq və başqa filiz yataqlarının oksidləşmə zonalarındakı gips tapıntıları mineraloji baxımdan önəmlidir.

Tikinti sənayesi üçün mühüm xammaldır. Həmçinin şüşə, keramika, boya və başqa sənaye sahələrində, metallurgiyada, təbabətdə, dekorativ məqsədlər və s. üçün istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]