Dəclə çayı

Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriyaİraq ərazisindən keçir.

Dəclə
türk. Dicle, ərəb. دجلة
Dəclə çayı, Bağdad
Dəclə çayı, Bağdad
Ölkə
Keçdiyi ərazilər Türkiyə Türkiyə
Suriya Suriya
İraq İraq
Mənbəyi Xəzər gölü (Türkiyə), Türkiyə
 • Yüksəkliyi 1 150 m
Mənsəbi Şəttül-Ərəb çayı
Uzunluğu 1 900 km
Su sərfi 1 825 m³/san
Hövzəsinin sahəsi 375 000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır.

Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.

Dəclə üzərindəki tarixi Hasankeyf (Türkiyə) körpüsünün qalıntıları və yeni körpü

Qədim buddistlərə görə Dəclə sözü dünyanın sonunu gətirən Dəccal adlı məxluqatın adından götürülüb.Buddistlər deyir ki,Qiyamət zamanı Dəccal gəlib Dəclənin suyunu göyə sovuracaq.Və bəşəriyyəti öz ağuşuna alacaq.