Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925[1]-2008[2][3][4]), Dədə Katib təxəllüsü[5][6] ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur.[7] Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.[8]. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.[9]
Dədə Katib | |
---|---|
Doğum adı | Əbdürrəhman Təyyar Quluncu |
Təxəllüsü | Dədə Katib |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili, türk dili |