Dəfnəyarpaq qovaq

Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır.

Dəfnəyarpaq qovaq
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürülüyü 10-20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1-2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6-15 sm, eni 2-7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır. Yalançı zoğları tez tökülən, yumurtavari-lansetvari, bizdir. Sırğaları sıx deyil; çiçək altlıqları kəsikli, çılpaq, yumurtavari və ya yumru, uzunluğu 3–5 mm-dir. Erkəkcikləri 60-65; tozluqları al-qırmızı; yumurtalığın uzunluğu 6 sm-dir, oyuqlu-çılpaqdır. Çiçəkləmə aprel ayının axırı və ya may ayında olur. İyun-iyul ayında meyvə verir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Çay vadilərində, çınqıllı, qumlu yerlərdə, yamaclarda bitir. Qışa davamlıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Avtomobil, dəmir yolları ətrafının yaşıllaşdırmasında tək əkinlərdə istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.