Dəməşq qızılgülü

Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Dəməşq qızılgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır.

Soyuğa, rütubətə, işığa davamlıdır. Münbit torpaqlarda daha yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük QafqazNaxçıvan MR-da təbii halda rast gəlinir.

Çox gözəl dekorativ bitkidir. Parklarda dekorativ güllərlə birlikdə kompozisiyaların yaradılması üçün istifadə oluna bilər.