Dəmir şüa

Dəmir şüa (ivr.קֶרֶן בַּרְזֶל‏‎, keren barzel, ing. Iron beam) — İsrailin müdafiə podratçısı olan Rafael inkişaf etmiş müdafiə sistemləri tərəfindən 17 avqust 2020-ci ildə dünyaya nümayiş etdirilmiş[3][4][5] hava hücumundan müdafiə sistemidir. Sistem ilk dəfə 11 fevral 2014-cü ildə Singapur Air Show sərgisində nümayiş etdirilmişdir.[6] Dəmir şüa Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin effektiv bir formada qarşısını almaqda çətinlik çəkdiyi mənzili çox kiçik olan, yəni 7 kilometrə qədər olan qısa mənzilli raketləri, artilleriya mərmilərini və Hava toplarını məhv etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, sistem pilotsuz uçuş aparatlarını da məhv edə bilir.[7] Sistem mənzili 7 kilometrə qədər olan düşmən hədəflərini məhv etmək üçün “yönləndirilmiş yüksək enerjili lazer şüasından” istifadə edəcəkdir.[8] Dəmir şüa Arrow 2, Arrow 3, Davud sapandıDəmir Qübbə ilə yanaşı, İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin beşinci elementini təşkil edəcəkdir.[9] Bununla belə, Dəmir şüa həm də müstəqil bir hava hücumundan müdafiə sistemidir.

Dəmir şüa
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2024[1]
İstehsal tarixçəsi
Konstruktor Rafael Advanced Defense Systems[1]
İstehsalçı Rafael Advanced Defense Systems[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəmir şüa, atışdan sonrakı 4-5 saniyə ərzində havadakı hədəfi məhv etmək üçün fiber lazerdən istifadə edir. İstər müstəqil sistem kimi, istərsə də hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi xarici işarələmə ilə fəaliyyət göstərsin, təhlükə müşahidə sistemi tərəfindən aşkar edilir və nişanlanma üçün texnikanın platformaları tərəfindən izlənilərək nəzarət altında saxlanılır. Adi raketləri məhv edən (zərərsizləşdirən) qurğularla müqayisədə istiqamətləndirilmiş enerji silahından istifadənin əsas üstünlükləri atış başına daha aşağı qiymət, limitsiz yükləmə (şarjör), daha aşağı əməliyyat xərcləri və daha az işçi qüvvəsidir. Sistemin məsrəfləri raketlərin xərcindən az olmasa da, onun istismarı üçün raketlərdən daha az xərc tələb olunur.

2016-cı ildə lazer güc səviyyələrinin "onlarla kilovat" olacağı və artımların yüzlərlə kVt olaraq planlaşdırıldığı bildirilmişdir.[10]

Dəmir şüa indiyədək əsasən İsrail Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmişdir. Rafael şirkəti İsrailin Müdafiə Nazirliyindən sistemin işlədilməsini seçib-seçməyəcəyi ilə verəcəyi qərarı gözləyir. Rafael şirkəti, həmçinin sistemin əhatə dairəsini genişləndirmək üzərində planlar hazırlayır və prototipi daha da inkişaf etdirmək üçün digər şirkətlərlə tərəfdaşlıq etmək niyyətindədir.[10][11]

Sistem bərk cisim lazerləri üzərində aparılmış olan beş illik tədqiqat və inkişafa əsaslanır və Rafael tərəfindən hazırlanmışdır. Layihənin bütün xərcləri İsrailin Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmiş və ABŞ tərəfindən hərtərəfli sığortalanmışdır. Dəmir şüa batareyası mobildir (hərəkət edə bilən) və bir ədəd hava hücumundan müdafiə radarı, bir ədəd komanda və idarəetmə (C2) bölməsi və iki ədəd HEL (High Energy Lazer; azərb. Yüksək Enerji Lazeri‎) sistemindən ibarətdir.[12]

  1. 1 2 3 4 https://www.defensenews.com/battlefield-tech/2023/10/16/no-rafaels-iron-beam-laser-didnt-blow-up-missiles-over-israel/.
  2. 1 2 https://breakingdefense.com/2022/10/iron-beam-israels-laser-air-defense-system-could-be-ready-in-2-3-years/.
  3. "Israel deploys first-of-its-kind laser system to Gaza border to fight incendiary balloons". 13 avqust 2020 tarixində arxivləşdirilib.
  4. "Israel Deploys 'Light Saber' Anti-Balloon Laser to Shoot Down Threats from Gaza". 18 sentyabr 2020 tarixində arxivləşdirilib.
  5. Williams. "Israel plans laser interceptor 'Iron Beam' for short-range rockets". JERUSALEM: Reuters. 19 yanvar 2014. 21 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2014.
  6. "Arxivlənmiş surət". 15 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2021.
  7. "RAFAEL Develops a New High Energy Laser Weapon | Defense Update:". 15 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2021.
  8. "Israeli company to unveil laser defense | UTSanDiego.com". 2 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2021.
  9. "Israel's Rafael to unveil laser-based defense system - Diplomacy and Defense Israel News | Haaretz". 14 iyun 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2021.
  10. 1 2 ALLAN KATZ: 'Iron Beam' enhances U.S., allies' security Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine - nwitimes.com, 10 May 2016
  11. Rafael introduces Iron Beam laser weapon system Arxivləşdirilib 2021-05-14 at the Wayback Machine - Shephardmedia.com, 11 February 2014
  12. Israeli Army (IDF) expects to deploy new Rafael Iron Beam laser air defense system this year Arxivləşdirilib 2021-02-24 at the Wayback Machine - Armyrecognition.com, 12 January 2015