Davud sapandı ((ivr. קלע דוד, Rom: Kela David) eyni zamanda əvvəllər Sehrli Çubuq (ivr. שרביט קסמים, Rom: Sharvit Ksamim) kimi də tanınıb) və ya Stanner (ing. Stunner, ingiliscə stun sözündəndir — gicəlləndirmək; çaşdırmaq, yayındırmaq deməkdir) — İsrailin müdafiə sənayesi məhsullarının istehsalı ilə məşğul olan şirkəti Rafael inkişaf etmiş müdafiə sistemləri və Amerikanın müdafiə sənayesi istehsalçısı olan Raytheon şirkətinin müştərək istehsalı olan və İsrail Müdafiə Qüvvələrinin istifadəsində olan hava hücumundan müdafiə sistemidir Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, taktiki ballistik raketləri, orta və uzun mənzilli raketlər və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş və 40 km (24,85 mil) ilə 300 km (186,41 mil) arasında mənzilə malikdir.[1] Davud sapandının İsrail ordusunun arsenalında olan MIM-23 Hawk və MIM-104 Patriotu əvəz etməsi gözlənilir.[2]
Davud sapandı | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2015 |
İstehsal tarixçəsi | |
Konstruktor | Rafael Advanced Defense Systems |
İstehsalçı | Rafael Advanced Defense Systems |
Vikianbarda əlaqəli mediafayllar |
Davud sapandı İsrailin raket hücumundan müdafiə sisteminin ikinci mərhələsini dəstəkləmək üçündür. Davud sapandının adı Müqəddəs Kitabdakı Davud və Calut haqqında olan hekayədən götürülmüşdür.[3] Arrow 2, Arrow 3, Dəmir Qübbə, Barak 8 və Dəmir şüadan ibarət olan İsrailin inkişaf etdirməkdə olduğu və gələcəkdə istifadə etməyi planlaşdırdığı çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsini təşkil etməlidir.[4][5][6][7][8][9]