Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Dəmir (II) oksidi - dəmir (II) və oksigenin mürəkkəb qeyri-üzvi birləşməsidir. Təbiətdə vüstit mineralı kimi mövcuddur.
Dəmir (II) oksid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | FeO |
Molyar kütlə | 71,844 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 5,745 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 1377 °S |
Qaynama nöqtəsi | 3414 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 1345-25-1 |
PubChem | 14945, 168499111 |
SMILES | [Fe]=O |
ChEBI | 50820 |
ChemSpider | 14237 |
Dəmir (II) oksid – qara rəngdə bərk birləşmədir. Yalnız yüksək temperaturda sabit vəziyyətdə olur.
Dəmir (III) oksidin hydrogen ilə reduksiyaedici reaksiyası zamanı almaq olar: Fe2O3 + 3H2 → 2FeO + 3H2O
Dəmir (III) oksidin dəm qazı ilə reduksiyaedici reaksiyası zamanı:
Fe2O3 + CO → 2FeO + CO2
Dəmir(III) oksidin dəmir ilə reaksiyası zamanı:
Fe2O3 + Fe → 3FeO
Dəmirin oksigenlə aşağı təzyiq altında qızdırılması zamanı:
2Fe + O2 → 2FeO
Dəmir oksalatın vakuumda parçalanması zamanı:
FeC2O4 →t FeO + CO↑ + CO2↑
Dəmir (II) oksid reaksiya zamanı əsası xassələr görsədir. Suda həll olunmur, oksidləşməyən turşularda asanlıqla həll olunur: FeO + 2HCl → FeCl2 + H2O
Reduksiyaedici xassələr görsədir:
FeO + 4HNO3 → NO2 + Fe(NO3)3 + 2H2O
Dəmir(II) oksidin oksigenlə oksidləşmə reaksiyası:
4FeO + 3O2 → 2Fe2O3
Natriun hidroksidlə birgə əriməsı reaksiyası
FeO + 4NaOH →Na4FeO3 + 2H2O
Oksigenlə reaksiyası: 4FeO + 2nH2O + O2 → 2(Fe2O3 ⋅ nH2O)
6FeO + O2 →300−500 0C 2Fe3O4
Hidrogen sulfid ilə reaksiyası:
FeO + H2S →500 0C FeS + H2O
Keramika və mineral boyaların tərkib hissəsi kimi istifadə olunur. E172 nömrəsi altında qida rəngi kimi qida sənayesində geniş istifadə olunur.
Dəmir (II) oksidi zəhərli deyil. Buna baxmayaraq, dəmir (II) oksidin aerozollarına (toz, tüstü) uzun müddət məruz qaldıqdan sonra ağciyərlərdə çökür və pnevmokoniozun bir növü olan sideroza səbəb olur.