Hacıyev Dəmir Vahid oğlu (29 yanvar 1929, İlisu, Zaqatala qəzası[d] – 20 iyun 1999, Bakı) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, zoologiya, paleontologiya, stratiqrafiya, tibbi biologiya sahəsində tanınmış alim.
Dəmir Hacıyev | |
---|---|
Dəmir Vahid oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | İlisu, Qax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Bioloq |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor AMEA-nın müxbir üzvü |
Mükafatları |
Dəmir Vahid oğlu Hacıyev 29 yanvar 1929-cu ildə Qax rayonunun İlisu kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası alim-paleontoloq Hacıyev Vahid Hüseynəli oğlu respublikanın müxtəlif ali təhsil müəssisələrində, eləcə də elmi sovet və partiya idarələrində çalışmışdır. Anası – N.Nərimanovun qardaşı qızı Xanım Salman qızı Nərimanova müəllimə olmuşdur. Dəmir Hacıyev 1946-cı ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1952-ci ildə İnstitutu bitirib uşaq cərrahı ixtisasına yiyələnmişdir.
Dəmir Hacıyev 1961-ci ildə “Eldar bozqırımın üst sarmat hipparion faunası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və bu işinə görə o, biologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Onurğalılar zoologiyası kafedrasında professor vəzifəsinə seçilmiş, 1964-cü ildə professor elmi adını almışdır.
Dəmir Hacıyev 1964-cü ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş və “Ümumi biologiya və genetikanın əsasları” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1965-ci ildən 1969-cu ilədək kafedraya rəhbərliklə yanaşı, ADTİ-nin elmi işlər üzrə prorektoru olaraq da çalışmışdır. 1967-1968-ci illərdə D.Hacıyev Səhiyyə Nazirliyinin Elmi Şurasının sədri, 1968-1970-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunun Paleobiologiya şöbəsinin müdiri olmuşdur. Qeyri-adi tədqiqat və təşkilati keyfiyyətlərə malik olan Dəmir Hacıyev Azərbaycan EA Geologiya İnstitutunun təkamül paleontologiyası laboratoriyasının rəhbərliyi ona həvalə olunmuş, eyni zamanda Azərbaycan EA-nın Biologiya şöbəsinin akademik-katibinin müavini, həmçinin biologiya üzrə Ali Attestasiya Komissiyasının ekspert komitəsinin sədri vəzifələrində çalışmışdı. 1971-1974-cü illərdə isə Azərbaycan Dövlət Tibb İnstitutunun təhsil və elmi işlər üzrə prorektoru olmuşdur. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir[1].
Dəmir Hacıyevin elmi nailiyyətləri beynəlxalq səviyyədə tanınmışdır. 12 monoqrafiya və 120 elmi məqalənin müəllifidir, xaricdə peşəkar dairələrdə tanınmışdı. 1958-ci ildən o, İllinois Elmlər Akademiyasının (ABŞ), 1996-cı ildən isə Nyu-York Elmlər Akademiyasının (ABŞ) üzvü olmuşdur.
Hacıyev Dəmir Vahid oğlu 20 iyun 1999-cu ildə vəfat etmişdir[2].