Dəndənəkan döyüşü — 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında baş verən savaş.
Dəndənəkan döyüşü | |||
---|---|---|---|
Səlcuqlu – Qəznəvi müharibəsi | |||
Tarix | 23 may, 1041 | ||
Yeri | Dəndənəkan, Mərv yaxınlığı. | ||
Nəticəsi | Səlcuqluların qələbəsi[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
I Məsud 50 minlik qoşun, 300 döyüş fili ilə səlcuqlara qarşı çıxdı. Döyüş zamanı səlcuqlar geri çəkildilər. Əhali ağır vergilərə görə Qəznəvi döyüşçülərinə kömək etmədi. 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu milli döyüş üsulundan istifadə edərək, qollara ayrıldı. Bir qol vuruşandan sonra geri çəkilir, onu başqası əvəz edirdi. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Oğuzlar qalib gəldilər.[5] Oğuz qəbilələrinin döyüşdən bir gün sonra çağrılmış qurultayında Toğrul bəy (1040–1063) sultan elan edildi.[6]
Qəznəvi dövlətinin məğlub olmasının səbəbi daxili ziddiyyətlər, əhalinin narazılığı, türk qulamlarının səlcuqlara rəğbəti idi.
Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda qərb və şərq istiqamətlərində yeni torpaqlar tutmağı qərara aldılar. İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycana yol açıldı. 1043-cü ildə paytaxt Nişapurdan Reyə köçürüldü. Səlcuqlar 1040–1054-cü illərdə hərbi yürüşləri nəticəsində Sistan, Bəlx, Xarəzm, Həmədan və Qərbi İranı ələ keçirdilər. Onlar 120 illik Buveyhilər dövlətinin varlığına son qoydular.