Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir.[1]
Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır.
Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir:
Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir. Hektopaskalla ifadə olunur. 1980-ci ilə qədər mm civə sütunu və yaxud millibarla ifadə olunurdu.
Rütubət çatışmazlığı(d) – doymuş buxarın E elastikliyi ilə faktiki e elastikliyi arasındakı fərqdir:
Nisbi rütubət artdıqca rütubət çatışmazlığı azalır.[2]
Şeh nöqtəsi(td) – havadakı su buxarının doymuş vəziyyətdə temperaturudur.
8 == Xarici keçidlər == Rutubetli Havanın Sağlığa Zararı