Dəniz zəlzələsi - okeanın altında baş verən zəlzələnin su kütləsini hərəkətə gətirməsi və okeanın səthində qeyri-adi nəhəng dalğaların əmələ gəlməsidir. Sualtı vulkanların püskürmələri də dəniz zəlzələsinə səbəb olur. Dalğaların hündürlüyü bir neçə metrə (25 m-ə) çatır, nəhəng dalğalar iti sürətlə sahilə irəliləyir və dəhşətli fəlakətlərə səbəb olur. Yaponiyada bu nəhəng dalğalara sunami deyilir. 1960-cı ildə Çilidə baş verən dəniz zəlzələsinin sunamisi nəinki Çilidə, eyni zamanda Yaponiyada böyük fəlakətə səbəb oldu. 2004-cü il dekabrın sonunda Şərqi Asiyada (Hind okeanında) baş verən Sunami nəticəsində 160 mindən artıq insan həlak olmuşdur. Dalğanın hündürlüyü 10-12 m-ə çatmışdır.[1]