Dərbənd Şəhər Rəisliyi

Dərbənd Şəhər Rəisliyi (rusca:Дербентское градоначальство) — Rusiya imperiyasının tərkibindəki Dağıstan vilayətinin Qaytaq-Tabasaran dairəsinin tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Dərbənd Şəhər Rəisliyi 1860-1883-cü illərdə mövcud olmuş və mərkəzi Dərbənd şəhəri olmuşdur.[1][2]

Dərbənd Şəhər Rəisliyi
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
İnzibati mərkəz Bakı
Tarixi və coğrafiyası
Yaradılıb 1860
Ləğv edilib 1883
Əhalisi
Rəsmi dili Rəsmi:Rus dili

Dərbənd Şəhər Rəisliyinin əhalisinin böyük bir hissəsi azərbaycanlılardan təşkil edilmişdi.[3][a]

Dərbənd Şəhər Rəisliyi 1860-cı ildə Rusiya imperiyası daxilində aparılan inzibati islahatların bir hissəsi olaraq təşkil edilmişdi. 1860-cı ildə Dağıstan vilayəti yaradıldı. Bu vilayətin inzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur.[4] Dağıstan vilayəti özü də bir neçə hissəyə bölünmüşdü. Belə inzibati vahidlərdən biri də Qaytaq-Tabasaran dairəsi idi və Dərbənd Şəhər Rəisliyi buraya tabe idi.

1860-cı ildə yaradılmış inzibati-ərazi vahidliyinə Dərbənd şəhəri, Sabnova kəndi və Ulus Mahal (onun 12 kəndi və obası) daxil idi. Rəislik mülki administrasiya tərəfindən idarə edilirdi və Rusiya imperiyasının qanunları ilə idarə edilirdi.[5]

12 iyun 1883-cü ildə Dərbənd Şəhər Rəisliyi ləğv edildi və mərkəzi Qullar kəndi olan Ulus Mahal Kürə dairəsinə transfer edildi. dərbənd şəhərinin idarə edilməsi isə şəhər polisliyinə və polis rəisinə tabe etdirildi.

Dağıstan vilayətinin başçıları Dərbənd merlərini təyin edirdilər, bəzi bölgələrdə isə merlərin özləri mülki qubernator hüquqlarına malik idilər:[5]

Портрет Звание при службе ФИО Период службы
LorisMelikov Aivazovsky.jpg General-mayor Mixail Loris-Məlikov 1860 — 1860 mart
Файл: Dzhemardzhidzev Mihail Grigorjevitch.jpg General-mayor Mixail Cemərcidzev 17 аprel 1863 — 1868 
153x153пкс General-mayor Комаров, Александр Виссарионович 1868 — 1877 
General-mayor Avraam Mədətov 1877 — 1883 12 iyun

Etnoqraf N.İ.Voronovun “Qafqaz haqqında statistik məlumatlar toplusu”na əsasən, 1869-cu ildə şəhər idarəsində 16007 nəfər yaşayırdı ki, onlardan 13295 nəfəri Dərbənddə, 2388 nəfəri Ulus Mahalda, qalanlar 324 nəfər isə Sabnova kəndində yaşayırdı.[6]

  1. 1831-ci ildə Dərbənd şəhərində 4747 Azərbaycan türkü, 256 yəhudi kişi, 248 yəhudi qadın, 142 erməni və s. olmaqla ümumilikdə 5511 nəfər yaşayırdı. 1832-ci il məlumatına görə Sabnova kəndi və forştadla birlikdə Dərbənddə 4741-ü Azərbaycan türkü olmaqla, ümumilikdə 5139 nəfər yaşayırdı. 1843-cü ildə şəhərdə yaşayan 11278 nəfər əhalidən 9572-i nəfəri Azərbaycan türkü olmuşdur. Beləliklə, rus işğalından keçən 30 ildən sonra şəhər əhalisinin 84,8%-i azərbaycanlılar idi. [3]
  1. Салихова, 2018. səh. 2
  2. Козубский, 1895. səh. 18—47
  3. 1 2 Azizova, 2019. səh. 1024
  4. "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  5. 1 2 Осипов, 2007. səh. 236
  6. Воронов, 1869. səh. 82—84