|
Bu məqalə Dərbənd rayonunda yerləşən Qullar kəndi haqqındadır. Digər mənalar üçün Qullar (dəqiqləşdirmə) səhifəsinə baxın.
|
Qullar — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Kənd Dərbənd şəhərindən 43 km cənubda Gülgeriçay sahilində, Məhərrəmkənd rayonu ilə sərhəddə yerləşir. Kənd şimalda Dərbənd rayonunun Belici qəsəbəsi ilə, cənubda Məhərrəmkənd rayonunun Kartas kəndi ilə, şərqdə Kurax rayonunun Qumux kəndi ilə, qərbdə Xiv rayonunun Friq kəndi ilə həmsərhəddir. Kənd Qubalı Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) salınmışdır. Kəndi bina edənlər Dərbənd şəhərindən gəlmiş türklər idilər. 1886-cı ildə kənd əhalisi 24 evdə 63 nəfəri kişilər, 44 nəfər isə qadınlar olmaqla 107 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 1 yanvar 1914-cü il tarixinə olan məlumata görə kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 174 nəfər əhali yaşayırdı.[2] XX əsrin 50-ci illərinədək monoetnik azərbaycanlı kəndi olsa da son 50-60 ildə (1950-ci ildən sonra) Dağıstanın Tabasaran, Kurax və Xiv rayonlarından tabasaranlıların və xüsusiylə ləzgilərin sürətli köçü nəticəsində kəndin etnik tərkibi dəyişmişdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən kənddə 1,923 nəfər sakin yaşamış, milli tərkibinə görə isə kənd əhalisinin 1/2-i ləzgilərdən, 1/5-i azərbaycanlılardan, 1/5-i tabasaranlılardan, 1/10-i isə digər etnik qruplardan ibarət olmuşdur. Kəndin yaxınlığından "Bakı-Rostov" magistral avtomobil yolu keçir.
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|