Dərgil

May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır.

May itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir.

May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur.

May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.

Bundan əlavə, aterosklerozun, pnevmoniyanın, bronxial astmanın, nefritlərin, hemorragik diatezin, hemofiliyanın, hipertireozun və s. xəstəliklərin müalicəsində də dərgilin preparatları məsləhət görülür.

May itburnusu meyvələrinin fındıqcıqlardan alınan piyli yağdan – Oleum Rosae pinguiae dermatinin müalicəsində geniş istrifadə olunur. Bu yağdan rentgen şüaları ilə müalicə aparılan zaman da istifadə edirlər.