Dərinquyu yeraltı şəhəri (yun. Μαλακοπή) — Türkiyənin Nevşəhər ilinin Dərinquyu bölgəsində yerləşən çoxqatlı yeraltı şəhər. 60 metrə yaxın dərinliyə malik olan bu yeraltı şəhər eyni anda 20000 insanın birgə yemək və su ilə təmin edə biləcək bir sığınacaqdır. Kapadokiyada bir neçə belə yeraltı şəhərin tapılmasına baxmayaraq bu Türkiyənin ən böyük yeraltı şəhəridir.
Dərinquyu yeraltı şəhəri içəridən ağır qaya qapılar ilə qapanır. Hər bir otağın ayrıca belə qapılaı vardır. Şəhər eyni anda 20000 insana ev sahibliyi edə bildiyi halda həmçinin içərisində şərab və yağ sıxacaqları, axır, depo, ibadət zalı, yemək zalı kimi gündəlik ehtiyyacları qarşılaya bilirdi ki, bu da Kapadokiyanın digər yeraltı komplekslərinə də köməklik edirdi. Yeraltı şəhərin 2 ci qatında bənzərsiz geniş qübbəli bir otaq da vardır. Bu otaqların dini dərslər keçilməsi üçün sinif olduğu və soldakı otaqların isə çalışma otaqları olduğu aşkarlanmışdır.
Üçüncü və dördüncü qat arasında dik bir nərdivan yerləşdirilmişdir ki, onun vasitəsilə sonuncu (beşinci) qatdakı xaç şəklindəki kilsəyə getmək olar. 55 metr uzunluğundakı quyu həm çöldəki kəndliləri, həm də yeraltı şəhərdə yaşayanları su ilə təmin etmək üçün nəzərdə tutulmuşdur.
Türkiyə mədəniyyət nazirliyindən verilən məlumatlara görə şəhər b.e. VIII-VII əsrdə frigiyalılar tərəfindən Kapadokiyanın vulkanik süxurlarında inşa edilmişdir. Frigiya dili Roma dönəmində sıradan çıxdıqdan sonra bu ailəyə yaxın olan[1] xristian yunanlar yeraltı şəhəri yunan əlyazıları və kilsələrlə genişlətdi.
Dərinquyu yeraltı şəhəri Bizans dövründə tam olaraq tamamlandı. Bizans-ərəb müharibələri dövründə (780-1180) bura müsəlman ərəblərin hücumlarından qorunmaq üçün çox istifadə edilirdi.
Şəhərə kilsə və yunan yazılarının əlavə edilməsi bu dövrlərə təsadüf edir. Həmçinin bu dövrdə şəhəri digər yeraltı sığınacaqlarla birləşdirmək üçün bir neçə mil uzunluğunda tunellər də aşkar edilmişdir. Bəzi yeraltı sığınacaqlar orta Bizans dövründə (V-X əsr) tikildiyi ortaya çıxmışdır.
Bu şəhərlər XIV əsrdə Əmir Teymurun monqolların yürüşlərinə kimi yerli xristianlar tərəfindən istifadə edilmişdir.
Bölgə Osmanlı İmperiyasının əlinə keçdikdən sonra osmanlılardan qaçan bəzi kapadokiyalı yunanlar burada qaçqın kimi yaşamağa başladılar. 1923-cü ildə türklər və yunanlar arasındakı insan mübadiləsindən sonra bura tamamilə tərk edildi.
Tunel 1963-cü ildə yerli bir sakinin evinin divarının ardında sirli bir boşluq tapması ilə kəşf edilmişdir. Daha sonra arxeoloqlar digər bölmələri də aşkara çıxarmışdır.[2]
Nevşəhərdəki bir başqa yeraltı şəhər olan Qaymaqlı Dərinquyu yeraltı şəhərinə 8 km-lik bir tunellə birləşdirilmişdir.
Yeraltı şəhərlər nadir geoloji struktura malik ərazidə inşa edilmişdir. İndi turistik məkan kimi istifadə edilən bu yerlər bir vaxtı istilərdən sığınacaq kimi istifadə edildiyi güman edilir. Günümüzdə onlar tərk edilmişdir.
Kayseri və Nevşəhər arasında 200-ə yaxın ikiqatlı yeraltı şəhər tapılmıştır. Bunlardan 40-ı ən az üçqatlıdır.