Dərman gülümbaharı (lat. Calendula officinalis)[2] — gülümbahar cinsinə aid bitki növü.[3]
Dərman gülümbaharı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Dərman gülümbaharı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
*Calendula officinalis L. — Dərman gülümbaharı
Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır.[4]
Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır.
Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Quru hava dəyişən yerlərdə (stellayda) saxlanılalıdır. Saxlama müddəti 3 ildir.[4]
Çiçəklərinin tərkibində 3% karotinoidlər, askorbin turşusu, flavonoidlər, qatran, selikli maddələr və üzvi turşular vardır.
Sinir xəstəliklərində, şişəleyhinə və hipotenziv dərmandır.[4]
Tərkibində efir yağı, saponinlər, qlükozidlər, karotinoid, kçantofil, acı maddələr, selik, flavonoidlər, ferment və üzvi turşular vardır. Elmi və xalq təbabətində geniş istifadə edilir. Sinir sistemini möhkəmləndirir, arterial qan təzyiqini aşağı salır, ürəyin iş qabiliyyətini artırır, ürək ritmini yavaşıdır, çiban və digər iltihabi xəstəliklərdə müvəffəqiyyətlə işlədilir. Nevrozda, hipertoniyada, stenokardiyada, ateroskleroz və klimaksda təyin edilir. Gülümbahar bakterisiddir. Xüsusən stafilakok və streptokok infeksiyalarına qarşı yüksək fəallıq göstərir. Dərinin şişləri, xərçəngi və ziyillərin müalicəsində tətbiq edilir. Qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi və ödyolları xəstəlikləri xüsusən sarılıq, bağırsaq xəstəlikləri, mensturasiya pozulmalarında, böyrək və sidikyollarının daş xəstəlikləri və xoralı kolitdə istifadə edilir. Mensturasiyadan sonra bir həftə ərzində hər gün 1 fincan bu bitkinin çaynı içmək lazımdır. Məhlulunu hazırlamaq üçün 2 xörək qaşığı çiçəyi 2 stəkan qaynanmış suda dəmlənilir (termosda). 1/2 stəkan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilməlidir. Qarışıq şəklində gülümbahar, gicitkan, bulaqotu və dəmrovotu ilə birlikdə dəmləməsi mədə yarasının müalicəsində olduqca effektli təsir göstərir. Xarici vasitə kimi 4 xörək qaşığı bitki 2 stəkan qaynanmış suda həll edilib istifadə edilir.[4]
Tinkturasını vəspirtli məhlulunu hazırlamaq üçün 1:10 nisbətində çiçəkləri 70%-li etil spirtində həll edilməlidir. İrinli yaralar, yanıqlar, boğaz xəstəliklərində, anginada qarqara, yuxarı tənəffüs xəstəliklərində 1 çay qaşığı 1 stəkan suda həll edilərək, ödqovucu dərman kimi isə 10–20 damcı qəbul edilir.
Məlhəm "Gülümbahar" (Ung. "Calendula").
Gülümbahar 20 q, vazelin 90 q. Məlhəm sarımtıl rəngli olur. Yanıqlarda xaricə qəbul edilir. Çiçəklərindən hazırlanan keyfiyyətli məhlulu antiseptik və iltihabsorucu dərman kimi angina, burun-boğaz xəstəliklərində, məlhəmi isə parez və yanıqlarda təyin edilir. Məhlulu eyni zamanda ödqovucudur.
Xalq təbabətində Şişəleyhinə dərman kimi istifadə edilir. Gülümbahar eyni zamanda ağız və boğaz xəstəliklərində, zədələnmələrdə və trofik yaralarda, genekologiya, eroziyalarda, trixomonad kolpidlərdə işləlilir. İltihab əleyhinə olduğundan göz praktikasında da istifadə edilir.[4]