Dəstəvari qulançar

Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.

Dəstəvari qulançar
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Asparagus verticillatus L., 1762

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür. İyunda çiçəkləyir. Kladodiləri (hamar qoltuq zoğları) əsas gövdədə dəstələrdə yerləşir, çoxsaylıdır (20-qədər), budaqlarda 1-3 ədəddir. Meyvəsi giləmeyvədir, diametri 5 mm-ə çatır. İyulda meyvələri tamyetişir, Toxumlarla və qələmlərlə çoxaldılır.

Rütübətsevən bitkidir. Münbit torpaqlarda yaxşı inkişaf edir. Sərt günəş şüalarından və küləkdən qorunmalıdır.

Azərbaycan yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Qubada, Hirkan florasında rast gəlinir. Mərdəkan dendrarisində 1998-ci ildə introduksiya olunmuşdur.

Dekorativ görünüşünə görə park və bağlarda, rütübətli arazilərdə müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.